Partiyalar koalisiya barədə razılığa gəlməsələr... - Dodon təkrar seçkilər keçirmək niyyətindədir

«AzPolitika.info»-nun Rusiya KİV-ə istinadla verdiyi xəbərə görə, Moldovanın prezidenti İqor Dodon bəyan edib ki, əgər səsvermənin nəticələrinə görə, parlamentə düşən partiyalar koalisiya yaratmaq və hökuməti formalaşdırmaq barədə razılığa gələ bilməsələr, respublikada təkrar parlament seçkiləri keçirməyə çalışacaq.

«Əgər partiyalar, mən qeyd edirəm, partiya və ayrıca deputatlar yox, partiyalar seçkilərin qanuni keçirildiyinin tanınmasından sonra koalisiya qurmaq barədə razılığa gələ bilməsələr, o zaman mən parlamentin buraxılmasını və yeni seçkilərin keçirilməsini tələb edəcəm» - deyə, Dodon bazar ertəsi brifinqdə bəyan edib. O, qeyd edib ki, təkrar seçkiləri respublikada yerli seçkilərlə birlikdə keçirmək olar.

Prezident həm də bildirib ki, bazar günü keçirilmiş parlament seçkilərində qalib gəlmiş partiyaları səsvermənin yekun nəticələrinin tanınmasıdan sonra məsləhətləşmələr üçün dəvət edəcək.

Xatırladaq ki, Moldovada parlament seçkiləri fevralın 24-də keçirilib. Mərkəzi Seçki Komisiyasının (MSK) ilkin məlumatına görə, səslərin 98 faiznin sayılmasından sonra, 3 partiya və bir blok parlamentə düşüb, ancaq onlardan heç biri hökuməti formalaşdırmaq üçün lazımi çoxluğu (51 faiz) qazana bilməyib.

Prezidenti və Rusiya ilə münasibətlərin bərpasını dəstəkləyən Moldova sosialist partiyası parlamentdəki 101 yerdən 33-ü qazanıb. İkinci və üçüncü yerləri Avropa İttifaqı ilə inteqrasiyanın və NATO ilə yaxınlaşmağın tərəfdarı olan Demokrat Partiyası (31 mandat) və «Acum» bloku (27 mandat) tutub. Dördüncü yeri isə «Şor» paptiyası tutub (7 mandat). Daha 2 mandata isə müstəqil namizədlər sahib olublar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar