Perunun prezidenti Venesuelaya hərbi müdaxilənin əleyhinədir

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Peru Venesuela hakimiyyətinə diplomatik təzyiq cəhdləri göstərilməsini dəstəkləyir.  Amma daxili-siyasi böhranın həlli üçün bu ölkəyə hərbi müdaxilənin əleyhinə çıxış edir. Bu barədə Perunun prezidenti Martin Viskarra bazar günü İspaniyanın «El Pais» qəzetində dərc olunmuş müsahibəsində bəyan edib.

Onun sözlərinə görə, Peru hökuməti «Venesuela müxalifətinə diplomatik dəstək vermək» niyyətindədir, ancaq «Venesuelaya hərbi müdaxiləni yersiz hesab edir və məqsəuyğun saymır».

Viskarra qeyd edib ki, Venesuela prezidenti Nikolas Maduronun taleyini «venesuelalılar özləri» müəyyən etməlidirlər. Bu zaman o, ümidvar olduğunu bildirib ki, Bolivarian respublikasının (Venesuela) hərbçiləri müxalifətin tərəfinə keçəcəklər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar