Asif Ələkbərov iki qadınla birlikdə qəzaya uğradı - “Gulfstream” təyyarəsində (Yenilənib)

Azərbaycana məxsus təyyarənin Rusiya aeroportunda zolaqdan kənara çıxması ilə bağlı qonşu ölkədə cinayət işi açılıb. Rusiya mətbuatının verdiyi xəbərə görə, bunu ölkənin Moskva Regionlararası İstintaq İdarəsinin nəqliyyat üzrə baş köməkçisi Larisa Markovets bildirib.

Onun sözlərinə görə, qəza baş verməsinə təhlükəsizlik qaydalarının pozulmasının səbəb olduğu ehtimal edilir.

"İstintaq qrupu hadisə yerinə gedib, hadisənin səbəbləri araşdırılır. İstintaqın gedişində təyyarənin texniki vəziyyəti diqqətlə yoxlanılacaq, ekipajın və yer xidmətlərinin hərəkətlərinə qiymət veriləcək", - deyə o əlavə edib.

Virtualaz.org Rusiyanın REN TV telekanalına istinadən bildirir ki, təyyarədə iki pilot və 3 sərnişin-Rusiya vətəndaşı Aria Axmadova, Belarus vətəndaşı Valentina Davıdovskaya və Azərbaycan vətəndaşı Asif Ələkbərov olublar.

Asif Ələkbərovun kimliyi ilə bağlı əlavə açıqlama verilməyib.

***

Azərbaycanın “Silk Way Business Aviation” şirkətinə məxsus sərnişin təyyarəsi Rusiyanın paytaxtı Moskvada yerləşən Şeremetyevo hava limanına enərkən qarlı zolaqdan kənara çıxıb.Rusiyanın “Beşinci kanal” televiziyası (5-tv.ru)  xəbər verir ki, “Gulfstream” təyyarəsi göyərtəsində 3 VİP-sərnişin olmaqla Moskvaya biznes-uçuş həyata keçirirdi.

Hadisənin təfərrüatları araşdırılır. Zərərçəkənlər haqda məlumat daxil olmayıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar