POLİSLƏ MÜSAVATÇILAR TOQQUŞDU - Mehman Kərimli infarkt keçirdi

Bu gün Xocalı soyqırımının ildönümü ilə bağlı "Ana Harayı” abidəsi ziyarət etmək istəyən Müsavat Partiyasının bir qrup üzvü ilə polis arasında insident yaşanıb.

BakuPost.az xəbər verir ki, polis Müsavat rəhbərliyinin abidə önünə çiçək qoymasına mane olmaq istəyib və bu zaman partiya üzvləri ilə hüquq-mühafizə orqanı əməkdaşları arasında toqquşma baş verib.

Müsavat Partiyasının tanınmış simalarından olan Tofiq Yaqublu səhifəsində yazıb ki, yaşanan insident zamanı yerə yıxılan partiya üzvü Mehman Kərimli infarkt keçirib və təcili yardımla xəstəxanaya çatdırılıb.

635x100

Şərhlər

miri 2019-02-26 20:28:47

Biriləri özünə müxalif saydıqlarınin ümummilli hüzn günlərində iştirakından belə qorxursa, onda daha söz tapmaq olmur deməyə. ...

sual 2019-02-26 20:28:47

Allah şəfasın versin hər kəsin ... Başqanlarını Türkiyədə müaliçə etdilər üzvləri də ən azi Mərkəzi Klinikada olar .Elə dəylmi ya?Görəsən Arifin oğlu rauf nerde? Yeni musavat qəzətəsinin başqanı arifoxlu nərdəsin ya?bu adam ölüyor ya? bir bucuq para ödəsənə ya? şəhərdə deyilənə gərə 15 iri obyekdən hər ayda 150 min manat para almırsanmı ya?

Son yazılar