ARDNŞ yeni məktəb açır - Video

Bu məktəbdə təhsil haqqı illik 6-8 min arasında dəyişir

ANS TV-nin məlumatına görə, bu ildən Azərbaycanda ingilis dilli məktəb fəaliyyətə başlayır. Tikintisinə 2013-cü ilin avqustunda başlanılan Təhsil Kompleksi 1200 nəfərin təhsil almasına hesablanıb. Məktəbdə hazırda son tamamlanma işləri gedir. Burada hətta məktəbəqədər təhsil də nəzərdə tutulub.

Dövlət Neft Şirkətinin sponsorluğu ilə inşa edilən məktəbə xarici ölkələrdən hələlik 27 müəllim də cəlb olunub. Məktəbin direktoru Con Layt deyir ki, müəlimlərin sayı gələcəkdə artırılacaq. Burada oxuyan uşaqlar təkcə ingilis dilini bilməli deyil, eyni zamanda riyaziyyat, tarix, coğrafiya yəni ümumi biliklərdən də məlumatlı olmalıdır.

Məktəbə qəbul imtahan yolu ilə keçirilir. Direktorun sözlərinə görə, uşaqların imtahan nəticələri Londona göndərilir və müsabiqəni keçənlər burda təhsil almaq şansı qazanır. Bəri başdan deyək ki, məktəb xüsusi istedadlı uşaqlar üçün nəzərdə tutulub. Bu səbbədən də məktəbin adı “Bakı İstedadalar Təhsil Kompleksi” adlanır.

Başlanğıc üçün məktəbdə 400 nəfərin təhsil alması planlaşdırılsa da, növbəti ildən daha 600 şagird məktəbə cəlb olunacaq. Yaş həddinə gəlincə, 3 yaşdan 15 yaşadək uşaqların burda təhsil alacağı deyilir.

Məktəb binasının tərkibində yeməkxana, idman və fitnes zalı, üzgüçülük hovuzu, uşaq bağçası, olimpiya stadionu, hətta 120 yerlik yataqxana binası da var. Əlbəttə ki, təhsil haqqı da az deyil. Məktəbəqədər uşaqlar üçün burda illik təhsil haqqı 6 min manat, yuxarı siniflər üçün isə 8 min manatdır.

Deməli, burda təkcə istedad rol oynamır. Pulun rolu daha əsasdır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar