"ABŞ Maduroya sui-qəsd hazırlayır..."  - Boliviya prezidenti

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Boliviyanın prezidenti Evo Morales bəyan edib ki, Amerika Birləşmiş Ştatları (ABŞ) dövlət departamentinin başçısı Mayk Pompeo və amerikalı senator Mark Rubio Venesuela prezidenti Nikolas Maduronun mümkün öldürülməsi ehtimalı barədə açıq şəkildə danışırlar.

Onun sözlərinə görə, ABŞ Venesuelanın təbii səraətlərini ələ keçirməyə can atır və hakimiyyəti bütün vasitələrlə devirməyə çalışacaq.

Morales qeyd edib ki, «dinc çevriliş»in uğursuzluğa düçar olmasından sonra, Vaşnqton radikal tədbirlərə əl atmağa hazırdır. Ona görə də Maduronun öldürüləcəyi təqdirdə bütün məsuliyyət ABŞ-n üzərinə düşəcək.

«İndi Pompeo nədən danışır? O, deyir: "Maduronun barmaqla sayılacaq günləri qalıb".

Otən gecə bir amerikalı senator deyib: Maduro öldürülməlidir.

Əgər Maduronun həyatı ilə nə isə baş versə, cavabdeh ABŞ olacaq - Pompeo və senator Rubio» - deyə, «ABİ» agentliyi Moralesdən sitat gətirir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar