Rusiya FTX-nin keçmiş zabiti dövlətə xəyanətdə təqsirli bilinib

Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) sabiq əməkdaşı, polkovnik Sergey Mixaylov 22 il, “Kaspersky Lab”ın əməkdaşı Ruslan Stoyanov isə 14 il həbs cəzasına məhkum edilib.

“Report” “RİA Novosti”yə istinadla xəbər verir ki, Moskva Dairə Hərbi Məhkəməsi bununla bağlı qərar çıxarıb.

Onlar dövlətə xəyanətdə - məxfi məlumatları xarici ölkələrin gizli xidmətlərinə ötürməkdə ittiham ediliblər.

Məhkəmənin hökmü hələlik qüvvəyə minmədiyindən hər iki şəxsin apellyasiya şikayəti vermək hüququ var.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar