Kanalizasiya "luklarının" qapaqlarını oğurlayanlar saxlanıldı - VİDEO

Kirayə avtomobillə oğurluğagedən dostları polis saxlayıb.

Avtosfer.az xəbər verir ki, hadisə Abşeron rayonunda baş verib. Rayonun Polis İdarəsinə Qobu qəsəbəsində Kanalizasiya quyularının qapaqlarının oğurlanması barədə məlumat daxil olub. Əraziyə baxış keçirilib və hadisənin baş verdiyi anın video görüntüləri ortaya çıxıb. Məlum olub ki, 99 XT 122 dövlət nömrə nişanlı,avtomobil ilə ara küçələrdə hərəkət edən şəxslər kanalizasiya quyularının qapaqlarını çıxardaraq avtomobilin yük yerinə qoyur. Abşeron rayon Polis İdarəsi əməkdaşları görüntülər üzərindən həmin şəxslərin kimliyini müəyyən edərək onları saxlayıb. Bunlar Zülfəli Yusifovvə əvvəllər məhkum olunmuş Rıza Soltanovdur. Saxlanılan şəxslər tutduqları əməldən peşiman olduqları bildiriblər.

Faktla bağlı Abşeron rayon Polis İdarəsində cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar