BMT Baş katibi Rusiya və ABŞ-ı raket üzrə dialoqa çağırıb

Dərc olunub: 26/02/2019 - 23:00

quterres bmt bas katib«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antoniu Quterreş Çenevrədə silahlardan imtina üzrə konfransda Rusiya və ABŞ-ı nüvə arsenalını ixtisara salmaq üzərində düşünməyə çağırıb.

O, xüsusilə Moskva və Vaşinqtonu strateji hücum silahlarının məhdudlaşdırılması və gələcəkdə ixtisarı tədbirləri üzrə Müqavilənin fəaliyyət müddətini 2021-ci ildən sonra da uzatmağa çağırıb.

Baş katib orta və yaxın mənzilli raketlərin ləğvi barədə Müqavilə (OYMRL) mövzusuna da toxunub və onu qüvvədə saxlamağa, yeni silahlanmaya yol verməməyə çağırıb.

Onun sözlərinə görə, OYMRL barədə müqavilənin pozulması Avropanı təhlükəsizlik və sabitlikdən məhrum edəcək ki, bu da «soyuq müharibə»yə qayıdış demək olacaq.








loading...


Fikrinizi bildirin