Hindistan hərbçiləri Pakistana aviazərbə endiriblər

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Hindistan qonşu Pakistan ərazisində hava döyüş əməliyyatı həyata keçirib. Bu barədə Pakistanın Müdafiə Nazirliyi (MN) bəyan edib.

İdarə rəhbərinin sözlərinə görə, əməliyyat Kəşmirin rayonlarından birində keçirilib. «ANİ» agentliyi dəqiqlşdirib ki, Hindistan qırıcıları silahlı qruplardan birinin təlim-məşq düşərgəsinə bomba atıblar.

Nyu-Dehlinin şərhində isə deyilir ki, əməliyyat «ölkənin müdafiəsi üçün» lazım olub.

Hindistan və Pakistan 1947-ci ildən üzübəri Kəşmir üzərində suverenlik hüququ uğrunda mübarizə aparıb. Ştatda rəsmi sərhəd yoxdur - iki ölkə ordusunu bir-birindən nəzarət xətti ayırır.

«BBC News» saytı qeyd edir ki, bu, 1971-ci ildən - Kəşmir uğrunda ikinci müharibədən - sonrakı dövrdə nəzarət xəttini keçməklə endirilən ilk zərbədir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar