Türkiyədə yeni siyasi qalmaqal: Dəniz Baykalla bağlı videonu alman kəşfiyyatı çəkib

deniz-baykal-koske-aday-olacak-mi-17994Almaniya kəşfiyyat xidməti BND-in Türkiyəni dinlədiyinin ortaya çıxmasının ardından ortaya çox ciddi gerçəklər çıxıb.

Modern.az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, dinləmələri əvvəlcədən bilən Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu müavinlərindən biri Gürsel Təkini Frankfurta göndərib.

Təkin “Kempinski” oteldə 3 BND agenti ilə görüşüb. Alman casuslardan CHP-nin keçmiş rəhbəri Dəniz Baykalın kaseti olduğu məlumatını aldıqdan sonra vəziyyəti Kılıçdaroğluna bildirib və Baykalı kreslosundan edən görüntülər bir neçə gün sonra Kılıçdaroğlu ilə Təkinə çatdırılıb. Məlumatda Gürsel Təkinin BND agentləri ilə bir tərcüməçi vasitəsi ilə etdiyi o şok danışma da yer alır.

Gürsel Təkin: - Bizim indiki ümumi başçımızla Türkiyədəki siyasi vəziyyəti dəyişdirə bilməyəcəyik. Bunun həlli yolunda bizə ciddi dəstək verməniz lazımdır.

BND agenti: - Biz bu mövzuda bir infrastruktur hazırladıq sizə. Bu mövzu ilə əlaqədar bir CD verəcəyik. Bu, partiyanızın yenidən dizayn edilməsi üçün çox əhəmiyyətlidir. Almaniyadakı şiə mənşəli türklərin də ön gördüyü Kamal bəyə bizim dəstəyimiz sonsuz olacaq.

Gürsel Təkin: - Siz o işi bizə buraxın. Sizə göndərəcəyimiz CD-ni araşdırdıqdan sonra özünün o mövqedən çox yaxında enəcəyini görəcəksiniz. Mən bu mövzuda hörmətli Kamal bəyi axtarım və danışım. Onun mövzuya isti yanaşacağını düşünürəm. Bir də onun fikrini öyrənib sabahkı görüşməmizdə sizə daha detallı məlumat verərəm. Bizim üçün, dediyim kimi, tək məqsəd bu ankı iqtidarı qanuni yollardan olmazsa da, qanuni olmayan yollardan endirməkdir. Ölkəmiz şəriətçi bir sistemə doğru gedir.

BND agenti: - Bizim də məqsədimiz, nəyin bahasına olur-olsun Rəcəb Tayyib Ərdoğanı endirmək olacaq . İllərdir bəzi işləri edə bilmirik. Sizin partiyanız iqtidara gəldiyi an bu işlərimizi davam etdirəcəyimizə ümid edirəm.

Gürsel Təkin: -Təbii ki, əfəndim. Siz heç maraqlanmayın. Almanlar həmişə bizim dostumuzdur və dost qalacaqlar.

Növbəti günün görüşü...

Gürsel Təkin: - Mən, hörmətli Kamal Kılıçdaroğlu ilə görüşdüm. O bu işə isti baxır və sizdən CD-ni istəyir. Mənə dünən söylədiyiniz CD-ni...

BND agenti: - Tamam, bunu A. K. vasitəsi ilə biz bu həftə sizə göndərəcəyik.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar