Gürcüstanın baş naziri İrəvanda “erməni soyqırımı” memorialını ziyarət etdi – Fotolar

Qaribaşvili “Xatirə bağı”nda küknar ağacı əkib.

Ermənistana ikigünlük səfər ilə gəlmiş Gürcüstanın baş naziri İrakli Qaribaşvili avqust ayının 21-də Ermənistanın baş naziri Ovik Abramyanla bərabər Sisernakaberddə “erməni soyqırımı” qurbanlarının memorialını ziyarət edib.

Oxu.Az erməni KİV-nə istinadən xəbər verir ki, hər iki hakimiyyət başçısı memoriala gül çələngi, eləcə də “Əbədi alov”un qarşısına çiçək qoyublar. Sonra isə İrakli Qaribaşvili “Xatirə bağı”nda küknar ağacı əkib.

İrakli Qaribaşvili Ermənistan prezidenti Serj Sarkisyan və baş nazir Ovik Abramyanla görüşəcək. Görüşlər zamanı iqtisadi və siyasi məsələlər müzakirə ediləcək. Gürcüstan Aİ ilə assosiasiya haqqında saziş imzaladıqdan, Ermənistan isə Gömrük İttifaqının üzvü olduqdan sonra yaranan vəziyyətə xüsusi diqqət yetiriləcək. Tərəflər yaranan təzadları müzakirə etmək və qarşılıqlı fəaliyyətin uyğun formatını tapmaq niyyətindədirlər. Bundan başqa, Ermənistan Gürcüstanın sentyabr ayının birindən viza rejiminin tətbiq edilməsinə dair məsələni də müzakirə etmək niyyətindədir. Bu barədə daha öncə Ermənistanın baş naziri Ovik Abramyan bildirib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar