VƏZİROV 29 İLDƏN SONRA ORTAYA ÇIXDI VƏ DANIŞDI - “Azərbaycana bir neçə dəfə gəlib-getmişəm...” (FOTO)

Azərbaycan SSR Kommunist Partiyasının sabiq birinci katibi, SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri olmuş Əbdürrəhman Vəzirov  Rusiyada fəaliyyət göstərən “Paxlava Production” internet televiziyasına geniş müsahibə verib.

Strateq.az bildirir ki, bu, son 29 il ərzində Ə. Vəzirovun KİV-ə verdiyi ilk müsahibədir.

“Soyadımızı Mirzə Fətəli Axundov bizə verib”

Ə. Vəzirov müsahibədə uşaqlığından, valideynlərindən söhbət açıb: “Mən Bakıda anadan olmuşam. Valideynlərim isə Qarabağda doğulub. Babam Qarabağ xanının vəzirinin nəvəsidir. Qarabağ xanlığının vəziri Camal Cavanşir xalqımızın tarixində böyük rol oynayıb və mən bununla fəxr edirəm.  Mən həmişə bu şəcərəyə layiq yaşamağa çalışmışam. Daşıdığım Vəzirov soyadını götürməyi  babama böyük maarifçi yazıçımız Mirzə Fətəli Axundov təklif edib. Vəzir adını saxlamaq üçün…”.

Ə. Vəzirov valideynlərinin necə ailə qurmasından da danışıb: “Binəqədidə doğulmuşam. Anam Şuşa Pedoqoji məktəbində oxuyub.  O, Qaryagin (indiki Fizuli-red.) rayon partiya komitəsinin birinci katibinin bacısı idi. Babam Dudukçu kəndinin sahibi olub. Bu kənd vaxtıilə İrandan gələn erməni qaçqınlarını qəbul etmişdi. Sonra elə oldu ki, silahlı erməni dəstələri babamın malikanəsini yandırdılar. Babam bundan sonra öz ailəsi ilə birgə Qaryagindəki evində məskunlaşıb. Bu evin yaxınlığında dayımın evi yerləşirdi. Anam yay tətilində bu evə tətilə gələrdi.  Atam neftçi idi və Qaryaginə məzuniyyətə gəlibmiş.  Nənəm oğluna fikir verib görüb ki, gənc qıza diqqət yetirir. Nəticədə belə alınır ki, partiyanın birinci katibinin bacısı bəy oğlu ilə Bakıya qaçır. Dayım mən dünyaya gələndən sonra bacısı ilə barışıb. Çox firavan uşaqlığım olub. Beş oğlu olan babam məni çox himayə edirdi. O həmişə deyirdi: “Hamısı sənə qurban!” Bağçaya getməmişəm. Atam və anam bizim bütün qayğımızı çəkiblər.  Onlar əmək adamları idi.  Uşaqlığım çöx sayda millətlərin yaşadığı məkanda keçib”.

“Qorbaçov 1985-ci ildə mənə Azərbaycana rəhbərlik etməyi təklif eləmişdi”

Müsahibədə müharibədən, Stalindən, komsomol fəaliyətindən, Qaqarinlə dostluğundan danışan Ə. Vəzirov daha sonra Azərbaycana rəhbərlik etməsi ilə bağlı tarixə toxunub. Onun sözlərinə görə, SSRİ rəhbəri Mixail Qorbaçov baş katib seçildikdən az sonra ona Azərbaycana rəhbərlik etməyi təklif edib: “Hələ 1985-ci ildə Qorbaçov mənə Azərbaycana rəhbərlik etməyi təklif etmişdi. Mən onda imtina etdim. Diplomatik iş mənə daha cazibədar görünürdü. Digər tərəfdən respublikada keçmişdən necə ağır miras qaldığını bilirdim. Başa düşürdüm ki, mən Azərbaycanda əvvəlki siyasət nəticəsində formalaşmış hakimiyyətdəki qüvvələrlə bacara bilmərəm. Bu təklifdən boyun qaçırdım, Qorbaçov da məni dəstəklədi. Görünür, birinci dəfə mənə bu vəzifəni təkilf edəndə münasibətimi öyrənmək istəmişdi”.

Daha sonra Ə. Vəzirov Azərbaycana necə rəhbər təyinatı almağından söz açıb: “1988-ci ildə məni diplomatik vəzifədən təcili geri çağırdılar və  yenidən Azərbaycana rəhbərlik etməyi  təklif etdilər. Mən dedim ki, bunu bacarmayacağam. Bilirdim ki, məni hansı çətinliklər gözləyir.  Qorbaçov mənə dedi: “Rəhman, partiyaya kömək etmək lazımdır”.  İlk vaxtlar kömək etməyə çalışdım.  Sonra Qorbaçov  hər şeyi yerlə-yeksan etdi.  Mən o dövrün yeganə vəzifəli adamlarındanam ki, Qorbaçov haqqında pis heç nə danışmamışam. Çünki ali mərtəbədə olmağın nə olduğunu yaxşı bilirəm. Orada hansı küləklərin, hardan hara əsdiyini bilirdim”.

 “Ermənilər zəlzələ zamanı ölmüş xilasedici itə başsağlığı verdilər, bizə yox!”

Ə.Vəzirov Ermənistanda 1988-ci ilin dekabrında baş vermiş zəlzələdən, Azərbaycanın ora necə yardım göndərdiyindən də danışıb. Onun sözlərinə görə, zəlzələ baş verdikdən 1 saat sonra Mərkəzi Komitənin Bürosunun iclasını çağırıb:  “Dedim ki, yardım prosesində iştirak etməliyik.  Daha ora nələr göndərmədik?! Vaqonlarla sement, bitum, taxta… Bərpa üçün nə lazımdır, göndərdik. Elə oradaca mexanizatorlardan ibarət xilasedici dəstə formalaşdırdıq.  Əvəzində nə ilə qarşılaşdıq? Bu günə qədər xilasedici itlərlə gələn fransızları tərifləyirlər, hamıya təşəkkür edirlər, bir bizdən başqa… Sanki biz orada mövcud olmamışıq. Dəhşətdir. Azərbaycandan gələn traktorların təkərlərini təmizləyirdilər ki, burdan gedən bir toz belə Ermənistana düşməsin. Bu vəhşlikdir. Halbuki bu uşaqlar yüzlərlə insanı xilas etmişdilər”. 

Ə.Vəzirov deyib ki, Azərbaycan rəhbəri kimi o vaxt Ermənistana gedib: “ABŞ-dan Moskvaya qayıdan Mixail Qorbaçov təyyarədən mənə zəng vurdu.  Dedi“hər şeyi  bilirəm, köməyə görə çox sağ olun”. Daha sonra vurğuladı ki, “düşünürəm, bu hadisə millətçi-separatçı əhvalı silib atacaq, bu adamlar ağıllanacaqlar”. Qorbaçov mənə zəlzələ baş vermiş Leninakana gəlməyi təklif etdi. Mən xüsusi təyyarə ilə Leninakana uçdum, orada bizi qəbul etmədilər. Yerevana gəldik. Bir saatdan sonra Qorbaçovun təyyarəsi gəldi. Çox isti görüşdü, oturduğu mikroavtobusa mindik. Mən ona olduğum yerdə adamların dediklərini çatdırdım. Hər yerdə “Qarabağ”, ”Qarabağ”… Zəlzələni belə unutmuşdular. Yerevana gəlmiş yüksək sovet rəhbərlərindən bunu tələb edirdilər. Baxın, Leninakanda insanları xilas edirlər, Yerevanda isə Qarabağla bağlı hər gün mitinq gedirdi. Yerevandakı iclasda ilk sözü Mərkəzi Komitənin katibi Qalayana verdilər. O, Qorbaçova dedi ki, siz yarım saatdan sonra Qarabağın Ermənistana verilməsi barədə fərman imzalamalısınız. İndiyə qədər bu, məni heyrətləndirir: insanlar necə belə qədirbilməz ola bilər? Onlar heç olmasa bir dəfə də olsun bu köməyə görə “çox sağ olun” deməyi bacarmadılar. Biz axı orada həm də azərbaycanlı gənclərdən ibarət xilasedicilərin həlak olduğu bir təyyarəni itirdik. Bundan bir kəlmə demədilər. Fransadan gətirilmiş xilasedici itlərin ölümünə görə başsağlığı verdilər, bizə yox! Biz isə vicdanla, bir qonşu və insan kimi davrandıq”.

“Ermənistandan gələn qaçqınlar Qarabağda yerləşdirilmək təklifini rədd etdilər”

Ə. Vəzirov uzun illər mübahisə doğuran bir sualı da cavablandırıb.  O dövrdə əsas ittihamlardan biri Ermənistandan qovulmuş qaçqınların nə üçün Dağlıq Qarabağda yerləşdirilməməsi idi. Ə.Vəzirov deyib ki, bu deyilənlərin heç bir əsası yoxdur: “Biz Ermənistandan qovulmuş azərbaycanlıları harada yerləşdirilməsi ilə bağlı məsələni müzakirə edirdik. Bu, çox ağır məsələ idi. Biz çıxış yolunu tapdıq. Bu köçkünləri Qarabağa göndərmək təklifi çox kəskin reaksiya doğurdu. Qaçqınların ağsaqqaları ilə görüşdə onlar dedilər ki, biz canımızı onlardan güclə qurtarmışıq, siz yenə onların yanına göndərirsiniz. Mən hesab edirəm ki, bu qərar çöx böyük toqquşmalara səbəb ola bilərdi. Ona görə qərara alındı ki, bu adamları müxtəlif rayonlarda yerləşdirək. Bakıda isə bir sıra qüvvələr onları öz yanlarına çəkməyə  başladılar. Azərbaycan Xalq Cəbhəsinin nufuzu elə həddə düşdü ki, onların mitinqlərinə daha gələn olmurdu. Mitinqə Ermənistandan qovulmuş qaçqınları gətirməyə başladılar. Odur ki, qaçqınların Dağlıq Qarabağda yerləşdirilməməsi səhv deyildi. Mən köçkünlərin ağsaqqalları ilə görüşdüm. Onlar bu təklifdən qətiyyətlə imtina etdilər. Biz Ağdam və Şuşa partiya komitələrinin rəhbərləri ilə – Şuşa partiya komitəsinin rəhbəri Vaqif Cəfərovla – danışdıq və Ermənistandan qovulmuş qaçqınlarn bu ərazilərdə yerləşdirilməsini istədik.  Lakin onları aparmaq üçün ayrılmış avtobuslara minmək üçün heç kim gəlmədi.  AXC və bizi istəməyən digər qüvvələr onları şəhərdə saxlaya bildilər”.

“18 yanvar 1990-cı ildə mən artıq 1-ci katib deyildim”

Ə. Vəzirov 20 yanvar 1990-cı il Bakıda baş vermiş qanlı qırğınla bağlı danışmaqdan yayınıb. O, yalnız bildirib ki, ordunun Bakıya yeritmək barədə qərar olmayıb. Yalnız Dağlıq Qarabağ və ətraf rayonlarda fövqəladə vəziyyət elan olunması barədə fərman olub.

Ə.Vəzirov deyib ki, Moskva ilk vaxtlar Qarabağla bağlı yaxşı mövqe tutmuşdu: “Sonra hərcmərclik  başlandı.  Sözdə bir şey deyirdilər, əməldə başqa addım atırdılar. Mən 1989-cu ilin avqustunda istefa məsələmi qaldırdım. Həmin ilin dekabrında yenə istefa vermək istədiyimi bildirdim.  18 yanvar 1990-cı ildə mən artıq 1-ci katib deyildim. Bunu mənə elan etdilər. Təklif etdilər ki, ya Mərkəzi Komitəyə işə, ya da XİN-ə qayıdım. Mən isə bəyan etdim ki, sizinlə daha işləmək istəmirəm. Bundan sonra mən Qorbaçovla heç vaxt görüşmədim. Belə arzum da yoxdur. 18 yanvar 1990-cı ildə istefamdan sonra Azərbaycanı tərk etdim”.

Daha sonra Ə. Vəzirov maraqlı etiraf edib. O bildirib ki, 90-cı illərdə Azərbaycana gəlib: “Bu illər ərzində bir neçə dəfə Azərbaycana getmişəm. Dəqiq neçə dəfə olduğumu deyə bilmərəm. Anam vəfat edəndə Bakıya gəldim. Digər  tədbirlərdə də  iştirak etmək üçün Azərbaycana gəlmişəm. Amma bu, çoxdan – 90-cı illərdə olub”…

Xatırladaq ki, Əbdürrəhman Vəzirov 1988-90-cı illərdə Azərbaycan SSR KP MK-nın birinci katibi olub. SSRİ-nin fövqəladə və səlahiyyətli səfiri olub. O, 20 yanvar 1990-cı ildə sovet ordusunun Bakıya qanlı müdaxiləsi ilə nəticələnən siyasi böhran ərəfəsində vəzifəsindən azad edilib. Vəzirov həmişə Bakıya ordunun çağırılmasında ittiham edilib. Azərbaycanda haqqında cinayət işi qaldırılıb. 89 yaşlı Əbdürrəhman Vəzirov Moskvada yaşayır.

Hazırladı: Xaqani SƏFƏROĞLU

635x100

Şərhlər

Analitik 2019-02-27 16:01:11

Chox sagolun, amma men genc deyilem ) o dovrde genc idim, hele telebe idim, ozum bakiliyam.. O dovrden (hadiselerin gedishiile) deyirdim ve demishem, bu chox boyuk naxal bir sehv olub! Burada elde teksibedilmez bir fakt da (isteseler) vardi ki, siz ki bizimkileri oradan qovmusunuz.. bu halda siz de redd olun gedin ki, ozumuzkuleri de burada yerleshdirek.. tembolee heyet-bacaya oyrenmish adamlardilar ve nifretli hisslerle gelibler.. Inanin ki, onda dogtudan da hech bu torpaqlarimiz da elden getmezdi..

Sara 2019-02-27 16:01:11

Men basha dushmurem Vezirov Ermenistanlilari veziveden cixardigi uchun mitinq kecirenlerin işərisində ermeni genlerini dashiyan və məmur olanlar bu dovletin yerli vedandashlarini ikinci sorta dushurub olkeni talan etmirlermi. Hansi icra bashcisi, deputat varki ya oradan gelendir xalq züım edir.... Facienin boyuyu budur. ... edaleti berqarar edən lazımdır.... Xahish edirem menim sherhimi oldugu kimi verin

Köhnə azərbaycanlı-ardı 2019-02-27 16:01:11

Ardı-Bu insanların bir hissəsi Xocalıya yeləşdirildi və sonu məlumdur. Biz bilə-bilə sovet dönəmində də, ondan əvvəldə ermənilər həmişə Qarabağı Zəngəzur kimi Azərbaycandan qopartmağa çalışmış və xaricdəki diasporaları ilə birgə vəsait toplamışdılar.Sovet dönəmində isə DQ-da milli balansı azərbaycanlıların xeyrinə artırmaq heç bir respublika rəhbərinin ağlına gəlməmiş və ya istəməmişdilər.Yəni bu işləri Vəzirov istəsə də eləyə bilməzdi, necə deyərlər qatar artıq getmişdi... Az.Politika x.e. şərhimi verin.

Köhnə azərbaycanlı 2019-02-27 16:01:11

Əvvəla rəhmətlik şair Qabilin “Səhv düşəndə yerimiz” şeri yadıma düşür.Vəzirov əgər yaxşı siyasətçi olsaydı öz yerini bilib, potensialını hesablayıb, nə olursa olsun elə bir dövrdə rusun “piyadası” olub hakimiyyətə gəlməzdi.Misal kimi şahidiyəm ki o, AzTv-yə çıxıb demişdi ki “Sizə bir sevindirici xəbər vermək istəyirəm, Bakıdan getmiş ermənilər hamısı geri qayıdır...”.Lakin o dövrün müassiri kimi bildirmək istəyirəm ki, Ermənistandan qovulmuş əli yalın insanların (sonradan onların adını didərgin, qaçqın və s. qoysalar da) biz yatmışkən, Qarbağ savaşına illərlə hazırlaşmış ermənilərə və çoxu erminilərdən ibarət rus hərbiçilərinə meşin hazırlanması düzgün idimi?

Analitik-ə 2019-02-27 16:01:11

DQ-da milli balansı qorumamaq sovet dönəmində Azərbaycana rəhbərlik edənlərin böyük səhvi idi.Çünki ermənilər üçün Qarabağı Azərbaycandan qopartmaq həmişə gündəmdə olmuşdur, lakin biz təəssüf ki bunu ciddiyə almırdıq.Şərhinizdən belə başa düşdüm ki gəncsiniz.Ermənistandan qaçınqınlar ordusu yarananda o vaxtkı hökümətimiz guya ayıldı və onları Xocalıda yerlədirmək məqsədi ilə orada çoxmərtəbəli binalar inşa olundu və sonrası da sizə məlumdur...Yazıqllar olsun biz çox yatırıq və ayılsaq da qəlbimiz C.Məmmədquluzədəninin “Kamança” hekayəsindəki azərbaycalı kimi yuxadır və belə qəlbi yuxa olan millətlərə də dünyada yer yoxdur.Azpolitika x.e. şərhimi gənclər üçün verin.

Sakit 2019-02-27 16:01:11

t.Ədalətə-o dövr elə idi.Qaldı Vəzirovun erməniliyinə-de indi neçə məmurun erməniliyini xahiş edirəm bir-bir sadala.İçlərində neçə türk tapacaqsan,?...mOSKVAYA BAĞLILIQ İSƏ 200%.... 5-ci kolonnun üzvüdür.

t.ədalət 2019-02-27 16:01:11

Hörmətli Sakit,İndiki məmurlar arasında anası,arvadı və qaynanası erməni olanlar haqqında dəfələrlə qeyd etmişəm. Nazirlərdən birinin anasının birinci əri də erməni olub.Dəfələrlə bu barədə fikrimi bildirmişəm.Bir tərəfdə torpaqlarımızı işğal edən,balalarımızı qətlə yetirən ermənilərlə müharibə aparırıq,o biri tərəfdə qanı ermənilərlə bulaşıq olanlar bəzi vəzifələri tutur....Belə çıxır ki,sovet dövründə olduğu kimi indi də rus və ermənilərin təsirində qalmışıq. ermənilərin hələ də vəzifələrdə qalmasəi bizim üşün ciddi problemlər yaradır...

Aalitik 2019-02-27 16:01:11

Burada konkret 3 vacib ve eks cehetler dayanirdi: 1.Beli, Vezirov demokratik dushunceli idi, ancaq o qizgin dovr uchun qeti uygun kadr deyildi.. 2.Rusiyanin gonderdiyi teyinat idi ve sozsuz ki, onlarin "diqteleri"den (istese bele) hele de chixa bilmezdi.. 3.O meqamLarda ermenistandan kochkun dushmush soydashlarimizi Dagliq Qarabag erazisinde yerleshdirmemek en agiLsiz ve tarixi shansi itiren bir sehv idi! O vaxtdan men hemishe deyirem, bu hal butun Azerbaycan SEHVIDI ki, hele de altini chekirik! (

t.ədalət 2019-02-27 16:01:11

Vəzirov Daqlıq Qarabağı ələ keçirmək istəyən ermənilərin əli ilə Azərbaycana birinci katib göndərilmişdi.Onun gəlini erməni olduğuna görə ermənilərin gündəyməzindən öpənlərdən idi.Yoxsa, Moskva kloun hesab etdiyi birisini birinci katib qoymazdı.Biz dərdləri tez unudanlardanıq.Vəzirov Azərbaycana gələn kimi Qarabağ məsələsini bir yana atıb ermənistandan olan vəzifəlilərin işdən kütləvi azad olunması ilə məşğul oldu.Bu,faktdır!Dəmtutanı da dayısı Cəmil Əlibəyov idi..

t.ədalət 2019-02-27 16:01:11

Xəstə Qasımın qoşmalarının birindəki məşhur "Kamil ovçu ölməyincə usanmaz" misrası yadıma düşdü.89 yaşlı birisinin təpədən-dırnağa əvvəlki düşüncə ilə yaşaması,yalanlarla özünün bulanıq keçmişini pərdələməyə çalışması adamın mədəsini bulandırır.Vəzirovun erməniliyi,məgər yaddan çıxıb?ermənilərin Bakıya qayıdışını sevinclə elan etməsini unutmaq olarmı?Nə isə.Onun ermənilərə olan sevgisi elə Düdükçü kəndindən başlayırmış.ermənistanlıları və əliyevçiləri genetik düşmmən hesab edirdi.Millətə qənimlərdən idi.

Turançı 2019-02-27 16:01:11

Davamı= Bəli Qərbi Azərbaycandan məcburi sürgün olunan soydaşlarımızı Qarabağda məskunlaşdırsalar idi indi Qarabağ problemi öz həllini çoxdan tapmışdı. Çünki,həmin soydaşlarımız ev=eşiklərini itirən insanlar ermənilərə qarşı nifrətləri ilə çoxdan məhv etmişdilər. İndi siz deyin necə belə rəhbərə bərait qazandırmaq olar. Axı Vəzirov həttə bizim dili belə bilmirdi xalqdan uzaq bir adam idi. Xalqın içindən çıxmayan adamdan heç vaxt xalqa rəhbərlik edə bilməz.

Turançı 2019-02-27 16:01:11

Burda şərh yazanların içində Akif adlı Vəzirova bərait tərif kimi fikirlər qeyd edir guya Vəzirov hakimiyyətdə qalsa idi xalqa bir gün ağlayacaq idi hamısı cəfəngiyyatdır. Axı Vəzirov Moskvanın göstərişini yerinə yetirən bir məmur idi azad rəhbər deyildi. Azadləğı olmayan adamın xalqa hansı xidməti ola bilərdi. Cəmşid adlı vətəndaşımız çox düzgün fikir qeyd edir. Bəli Qərbi Azərbaycandan sürgün olunan soydaşlarımızı Qarabağda yerləşdirmək əvəzinə qarşısını aldı. Əgər həmin soydaşlarımızı Qarabağda yerləşdir

sual 2019-02-27 16:01:11

Abi bəs deyirlər nahaq qan gunahsizliq yerdə qalmaz. A işilər bunlar bəs bu qədər ömrü nüçə yaşayirlar? Nədən bu qədər nahaq yerə qana bulanmış insanların ahu bınlarıtutmur? 89 yaşi var bu bambılının gör da bə? Hələ mən başqaların belə demirəm. 20 yanvar façiəsinin, Xoçalı soyqrımın günahkarları bildiklərimiz bu çür şadu-xuraman amma iki tibb məsisəsini qanunsuz özəlləşdirən akademik 12 ildir ki qobustanda çürüyür ya nədən ?Bu sroku hələ hec bir qanunu oğru belə günbə-gün cəkmyib...

Dərələyəzli Azərə 2019-02-27 16:01:11

SİZ dəqiq bilərsiniz-1988ci ilə Ermənistanda yaşayan azərbaycanlıların sayı milyon nəfərdən də çox deyildimi? İndi də gec deyil və onların haqlı olaraq birbaşa DQMV məskunlaşması müqəddəs və bütün qanunlarla haqq işidir. Bu işdə onlar Ali Baş Komandanın yardımına tam əmin ola bilərlər! Əsl Status-Kvo da həmin əməliyyatın qələbəsindən sonra bərqərar olar. Ona qarşı ittiham SSRİdə ilk Müstəqillik aktına qisqanclıqdan gözlənilən kin deyildimi?

Vətəndaş 2019-02-27 16:01:11

Vəzirovun dövründə demokratik bir şəraitdə yaşamışıq və əhalinin şikayətinə obyektif baxıb tədbir görürdülər....İndi isə vətəndaşın şikayətinə heç baxmırlar,başdansovdu qanunsuz cavab verirlər...Təzə təyin olunan Nazirlər vətəndaşın şikayətinə baxmaq istəmirlər,özlərindən tam razıdırlar..... ona görədə sosial narazılıqları artırırlar....

azər 2019-02-27 16:01:11

bunun və mütəllibovun barələrində illərlə məhkəmələr getdi..qatı cani elan edildilər..belə olan halda bu necə gəlib gedə bilir bu ölkəyə..o birisi çoxdan gəlib oturub heç nə olmayıbmış kimi..kim. nəyə görə və haçan bağışladı bunları..100 manata görə illərlə həbsdə saxlayırlar yiyəsizləri..bu nə hoqqabazlıqdır..

Nernest 2019-02-27 16:01:11

İndiki qaragürüh o vaxt deyirdilər ki,Topxanada ağaclar qırılır.Buna görə Vəzirov getməlidir.Bəs indi Bütün ölkənin agacı qırılıb, bəs nə üçün çinqiriğinizi çıxarmırsınız? Deməli sizin məqsədiniz tamam başqa şey imiş. Qaldı Vəzirov çox demokratik adam idi.

A.V 2019-02-27 16:01:11

Vəzirov vicdanini itirməmiş,heç bir klanda olmayan 1-ci katib olub.Sadəcə ermənistan-nağçivan klanina gucu çatmadi.Təmiz şəxsdir.allah ömur versin.

Cəmşid Dərələyəzli 2019-02-27 16:01:11

Birincisi bu xarekterin sahibi olan Vəzirovun ən böyük səhvi Azərbaycanın çalxalandığı bir zamanda rəhbərliyə gəlməsi ilə bağlı verdiyi razılıq onun gerizəkalılığının bariz nümunəsi idi. İkincisi Ermənistan qaçqınlarının Dağlıq Qarabağa guya onların özlərinin getməməsi ilə bağlı dedikləri fikirlər də taamilə yalandır. Yadımdadır, o zaman Ermənistanlılar bir nəfər kimi Dağlıq Qarabağa yerləşdirilmələrini tələb edirdilər. Lakin Vəzirov və onun komandası var gücləri ilə buna qarşı çıxdılar. Hətda o zaman Masis rayonundan Əsgəran rayonuna düşən 80 ailəni də Vəzirov Nazirlər Sovetinin sədri Seyidovu göndərib oradan onları çıxarıb gətirdilər Şəmklr rayonuna. Bu onun ən böyük səhvi idi. O zaman buna yol verilsə idi Ermənilər sus-pus Qarabağı tərk edəcəyidilər. Indi durub nağıl danışır.

EJDER 2019-02-27 16:01:11

BABASI ILE FEXR EDIR...BABON O VAXTDAN QAJQIN OLUB.ERMENILERE YARDIM ETMEYI ILE OYUNUR,TUPOY,STARIK...MILLET UCUN NE ETMISEN,MUSTAFANI TAPDIN...QOZLARIN NECEDI,BOYUYUR .HAMINIZ URUSUN PEWKASISINIZ.MILLET AYIL,BU IWLERIN BAWINDA URUS DURUR.MOLODESE GORE...HAZIRSINIZ

Akif 2019-02-27 16:01:11

Çox heyf ki,AXCP-Musavat cütlüyü saf mənəviyyatlı Vəzirovun Azərbaycanın parlaq gələcəyi üçün çalışdığına kölgə saldı.O Bakıda fəaliyyətə başladığı andan bir neçə aya bütün vətəndaşların hər il dispanserizasiyadan məcburi keçirilmıəsi,gənc ailələrin qısa müddətdə(səhv etmirəmsə 7il ərzində) mənzillə təmin olunması, respublikanın rayonlarında stradeji əhəmiyyətli qoz bağlarının salınması və kəndlərdə hamamların tikilməsi barədə Mərkəzi Komitənin Qərarını qəbul etdi.Amma düşüncəsiz adamlar bunu gülünclə qarş

Oqtay 2019-02-27 16:01:11

Nə olur olsun Vəzirov bu millətin oğludur və biz hərəyə bir vedrə bağlamaqla özümüzü gözdən salırıq.Ondan da qat qat pisləriniə heçnə demirik.Nə oldu Vəzirov deyəndə ki hamam tikin,kompyuter alın qoz ağacı əkin millət gülürdü ki bu nə deyir.Nə oldu 20 ildəir sonra o deyən gəlib çatdı indi hamı hamam tikir kompyuter alır qozuda ki 15 manata ilır əksiydik o deyəndə indi 2-3 manata alardıq.O gedəndən sonra nəyimiz artıb düzəlib?Heyf millət Vəzirov səviyyədə deyildi.Bu mənim subyektiv fikrimdir

Son yazılar