27 dəqiqəyə 4 qol buraxan “Qalatasaray” Türkiyə kubokunda yarımfinala yüksəlib

Türkiyə kubokunda 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində daha bir matç keçirilib. ONA-nın məlumatına görə, “Qalatasaray” səfərdə I liqa klubu “Hatayspor”la qarşılaşıb.

Evdəki ilk matçda qalib gələn Fatih Terimin yetirmələri rəqib meydanında məğlubiyyətlə üzləşib. “Sarı-qırmızılar” iki top fərqi ilə önə keçdikdən sonra 27 dəqiqəyə qapısında 4 qol görüb – 2:4.

Lakin bu məğlubiyyət “Qalatasaray”ın yarımfinala yüksəlməsinə mane olmayıb. İlk görüşdə 2:0 hesabı ilə qalib gələn Super Liqa təmsilçisi səfər qolları sayəsində mərhələ adlayıb. İstanbulluların rəqibi “Göztəpə” – “Yeni Malatyaspor” matçında müəyyənləşəcək.

Qeyd edək ki, ilk yarımfinalçı “Trabzonspor”u mübarizədən kənarlaşdıran “Umraniyəspor” olub.

Türkiyə kuboku

1/4 final

Cavab oyunu

27 fevral

“Hatayspor” - “Qalatasaray” – 4:2

Karadeniz, 59 (pen.), 71 (pen.), Aydın, 79, Çipe, 86 (avtoqol) – Çelik, 21, Akbaba, 53

İlk oyun – 0:2

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar