Ordubadda "Qapıcıq" yanır

Hazırda Naxçıvan MR Ordubad rayonunun mərkəzində iri ticarət mərkəzlərindən birinin yandığı bildirilir.

Bu barədə Azinform.az-a yerli sakinlər məlumat verib.

«Qapıcıq» adlı yanan ticarət mərkəzinin Ordubadın ən böyük ticarət obyektlərindən olduğu deyilir. Sakinlər ticarət mərkəzinin dam örtüyünün tamamilə yandığını söyləyirlər:

«Artıq alov qonşudakı 5 mərtəbəli binaya keçib. Həmin binada bir eyvan tamamilə yanaraq sıradan çıxıb. Bir nəfər isə ağır xəsarət alıb».

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar