DÖVLƏT QURUMUNUN MİLYONLUQ ŞÜBHƏLİ TENDERİ - “14 milyon manatlıq tenderi udur, ancaq adicə saytı yoxdur”

“Bir neçə gün öncə maraqlı bir məlumat açıqlanıb. Keçmiş adı BTRİB olan “Bakı Telefon Rabitəsi” MMC (Baktelecom) dövlət qurumu “DG Telecom” adında bir şirkətlə 14 milyon manatlıq müqavilə imzalayıb.”

"AzPolitika.info"nun məlumatına görə, bunları Azərbaycan İnternet Forumunun prezidenti, İKT sahəsi üzrə ekspert Osman Gündüz özünün "Facebook" səhifəsində yazıb.

Ekspert qeyd edib ki, “Baktelecom” Bakı və Bakıətrafı ərazilərdə 130 000 abunəçi şəbəkəsinin qurulması və 80 000 mənzilin GPON texnologiyasının tətbiqi ilə telefonlaşdırılması üçün adıçəkilən quruma 14 milyon manat vəsait ödəyəcək:

“Bu məqsədlə tender keçirilib və “DG Telecom” tenderi udub. Təxminən 25 ildir ki, bu sektordayam. Belə bir İKT qurumu tanımadığımdan, istədim ki, saytına baxıb dəqiqləşdirim. Məlum oldu ki, nə bu qurumla bağlı hansısa bir rəsmi sayt var, nə də ki normal bir məlumat tapmaq olur. Qəribədir ki, dövlət qurumu olan Baktelecom 14 milyon vəsait verməyə hazırlaşdığı bu telekommunikasiya və internet şirkətinə heç olmasa, adi bir sayt hazırlatdıra bilməyib...”

635x100

Şərhlər

Alı 2019-02-28 11:03:09

TENDERLƏR YÜKSƏK VƏZİFƏLİ ADAMLARIN YAXINLARINA VERİLİB. YA DA PULLA SATILIB. PULLA TENDER ALMAQ ÜÇÜN HANSISA TALANÇI VƏZİFƏLİ MƏMURU ADAMI OLASAN. BUNLAR DA KİMLƏDİR AYDIR. AZƏRBAYCANDA HƏR ŞEY ONLAR ÜÇÜNDÜR.BİR VƏTƏNİ TORPAĞI QORUMAQDAN BAŞQA

pıs-pısa 2019-02-28 11:03:09

Şübhəli niyə olur ki?? Şübhəli Əli Abbasov idi, onu həbs edib "güllənmə verdilər". Bir də şübhəli F.Məmmədov (keçm. Vergilər Naziri) idi o da ölüb-dirilib, xaricdəki-daxildəki daşınan-daşınmaz əmlakının 70 %-ni keçirdi şəriklerinin adına. Vəssalam-şüttamam!! Yerdə qalan hər şey əyri güzgülərdəki kimi düppə-düzdür!!

vuqar 2019-02-28 11:03:09

QOY O MESELENI ARASDIRSINLAR BAXIN GORUN ALTINDAN HANSI MEMURUN SIRKETI CIXIR!

anar 2019-02-28 11:03:09

http://dgtelecom.net/

EJDER 2019-02-28 11:03:09

BRAVO,HA HA HA...BUNA ANALOQU OLMAYAN INKIWAF DEYILIR...LUKAWENKO CANI...HA HA HA KEYF ELEYIN.QABAQDA FORMULA GELIR.YAXWIDI ON DENE DEYIL...HELE WARADA VAR...FORUM ,MORUM DISERTDI.KIM KIMEDI.SAXTA REQEMLERLE BAWIMIZ DOLUB,DAWIR.HAMI NAQIL DANIWIR

yengibar 2019-02-28 11:03:09

Bu Azərbaycanda milli iqtisadiyyatın xüsusiyyətidir.Yol çəkirlər, xaraba qalır, kanal çəkirlər, suyu yox, xəstəxana tikirlər, xəstələr qırılır, təhsil verirlər, kütləvi savadsızlıq, rabitə, internetdə 4G deyirlər, heç 1G də yox və s.s.s.Təkcə Beynəlxalq Bankdan oğurlanan pullar bir Dövlətə qarşı xəyanətin ən ağır formasıdır.İndi 5-10 kürən gədələri yığıblar dama, nə olsun?Dövləti qoruyacaq qurumlar bu məsələlərdə tam fəaliyyətsizdirlər.Görünür,həm də ortaqdırlar.

yusif-1313 2019-02-28 11:03:09

NARAHAT OLMAYİN!HÜQUQİ DÖVLƏTİMİZ AZƏRBAYCANDA AİD DÖVLƏT QURUMLARİ(BAŞ PROKURORLUQ VƏ KORRUPSİYA İDARƏSİ)TƏCİLİ OLARAQ "TƏDBİRLƏR" GÖRƏCƏKLƏR.

Son yazılar