Cərimə edən qurum cərimə məbləğinin yarısını özünə götürəcək

Azərbaycanda tikinti ilə bağlı cərimələrin 50 faizi inzibati protokolu tərtib edən qurumun hesabına köçürüləcək.

“Report” xəbər verir ki, bununla bağlı Şəhərsalma və Tikinti Məcəlləsinə yeni müddəanın əlavə olunması təklif edilir.

Məcəlləyə edilən əlavədə qeyd olunur ki, İnzibati Xətalar Məcəlləsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən tətbiq edilən cərimələrdən (o cümlədən onun tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə tətbiq edilən cərimələrdən) toplanan vəsaitin 50 faizi müvafiq icra hakimiyyəti orqanlarının işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə müvafiq icra hakimiyyəti orqanlarının hesablarına köçürülür. Bu vəsaitin bölgüsü və ondan istifadə qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.

Layihə Milli Məclisin martın 5-də keçiriləcək plenar iclasında müzakirəyə çıxarılacaq.

635x100

Şərhlər

Müəllim 2019-02-28 11:19:57

Cəriməsiz vətəndaş qalmayacaq. Azərbaycanda məntiq artıq defiçitdir. Qeybə çəkilib. Dünyada mövcud olan iqtisadi qanunları "biz müstəqil dövlətik" deyə özlərini görməməzliyə, bilməməzliyə, ərköyünlüyə vururlar. Buna maraqların toqquşması deyirlər. Hörmətli iqtisadçıları bu "yeniliyi" şərh etsinlər.

Son yazılar