Bibiheybət məcsidindən şəhərə doğru yolda hərəkət məhdudlaşdırılacaq

Aparılan təmir-tikinti işləri ilə əlaqədar sabah günorta saatlarında, Bibiheybət məscidindən başlayaraq şəhərə doğru istiqamətdə olan yolda hərəkət qismən məhdudlaşdırılacaq.

“Report” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

“Müvəqqəti narahatlığa görə, vətəndaşlardan üzr istəyirik, sürücülərdən aparılan işlərə anlayışla yanaşmalarını xahiş edirik”, - deyə qurum bəyan edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar