1 ildə geoloji-kəşfiyyat işlərinə 35,8 mln. manat xərclənib

2018-ci ildə ölkədə yerinə yetirilmiş geoloji-kəşfiyyat işlərinə 35,8 mln. manat və ya 2017-ci illə müqayisədə 10,9% çox vəsait sərf olunub.

“Report” bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Geoloji-kəşfiyyat işlərinə xərclənmiş vəsaitin 82,4%-i və ya 29,5 mln. manatı neft-qaz ehtiyatlarının kəşfiyyatına yönəldilib.

2017-ci illə müqayisədə ötən il regional geoloji-geofiziki işlərə 9,3%, əlvan metalların kəşfiyyatına 7,7%, radioaktiv metalların kəşfiyyatına 6,1%, qara metalların kəşfiyyatına 5%, hidrogeoloji işlərə 4,4%, nəcib metalların kəşfiyyatına 4,3% çox vəsait sərf edilib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar