PREZİDENTİN FƏRMANI KİMLƏRƏ VƏ NECƏ ŞAMİL OLUNACAQ? - Ekspertlərin rəyi

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan kredit borclarına dair fərman imzalayıb. İqtisadçı - alim Qubad İbadoğlu Fərmandan irəli gələn məsələlərin şərhini hazırlayıb.Həmin şərhi təqdim edirik:

Birincisi bu fərman yalnız fiziki şəxslərə şamil olunur, şirkət adına kredit götürənlərə aidiyyatı yoxdur.

İkincisi fərman iki hissədən ibarətdir, onun 1-ci hissəsinin əhatə dairəsinə 2012-ci ilin yanvarın 1-dən sonra götürülmüş 10000 dollaradək olan xarici valyutada olan kredit borcları daxildir və bu borcların qalıq məbləğinə kompensasiya tətbiq olunacaq. Dollarla olan borclara nəzərdə tutulan kompensasiya 2 qrupda təsnifləşdirilir və bu proses 2 mərhələni əhatə edəcək. Birinci mərhələdə 2012-ci ilin yanvarın 1-dən 2015-ci ilin fevral ayının 21-dək olan borclar üçün 2015-ci ilin 21 fevralına olan qalıq borcu hər 1 dollara görə 15 sent silinəcək. Yəni bu müddətdə 5000 dollar borcdan 750 dollar, 6000 dollar borcdan 900 dollar, 7000 dollar borcdan 1050 dollar, 8000 dollar borcdan 1200 dollar, 10000 dollar borcdan isə 1500 dollar silinəcək. İkinci mərhələdə 2015-ci ilin fevralın 22-dən həmin ilin dekabr ayının 21-dək olan borcların qalıq məbləği üçün hər 1 dollara görə 35 sent silinəcək. 2015-ci ilin 21 dekabrına olan qalıq borcu 5000 dollar olarsa 1750 dollar, 6000 dollar olarsa 2100 dollar, 7000 dollar olarsa 2450 dollar, 8000 dollar olarsa 2800 dollar və yaxud da həmin tarxidə olan yeni kredit üzrə borc 10000 dollar olarsa isə 3500 dollar silinəcək.

Fərmana görə maksimum silinən borc 5000 dollardan çox ola bilməz. Bu o deməkdir ki, 1 nəfərin müxtəlif banklardan 10000 dollaradək olan bir neçə borcu varsa, onun bütün borclar üzrə silinən məbləği 5000 dolları ötə bilməz. Eyni zamanda bu elə başa düşülməməlidir ki, hər kəsin 5000 dollarardək olan borcu silinəcək. Silinən borcun maksimum məbləği 5 000 dollar ola bilər.

Lakin fərmana görə kompensasiya məbləği hesablanan dollarla olan borcun yerdə qalan hissəsi restrukturizasiya olunacaq. Belə ki, dollarla olan və devalvasiya görə kompensasiya məbləği silindikdən sonra qaliq borc manata cevriləcək və borcluya həmin məbləğdə illik 1 faizlə 5 il müddətinə kredit verilərək borc bağlanacaq.

Fərmanınn 2-cı hissəsi manatla olan borcları əhatə edir və manatla olan kreditlərə kompensasiya deyil, onların restrukturizasiyanı nəzərdə tutur. Bu zaman kredit müqavilələri 2012-ci ilin yanvar ayının 1-dən sonra bağlanmalıdır və kreditlərin borcunun geçikməsi 365 gündən çox olmalıdır. Lakin manatla olan kreditlərə kompensasiya verilməyəcək, onlar yalnız restrukturizasiya olunacaq. Yəni məbləği 17000 manatadək olan manatla götürülmüş problemli kreditlərin qalıq məbləğinə 5 il müddətinə illik 1 faizlə kredit veriləcək və borc bağlanacaq.

Nəhayət, fərmanının tətbiqi üçün 3 ay müddət ayrılıb. Bu müddət ərzində bocların bir hissəsi silinməli, digər hissəsi restrukturizasiya olunmalı və məhkəmədə olan işlərə görə banklar iddialarını geri götürməlidirlər.

Əgər kimlərsə xarici valyuta ilə borclarının çox hissəsini ödəyibsə, onlara da eyni qaydada kompensasiya hesablanacaq və borc bağlanacaq. Kompensasiya məbləği bağlanmış borc məbləğindən çox olduğu halda həmin fərq fiziki şəxslərin sərəncamına veriləcək. Yəni əgər siz 10000 dollar kredit götürüb onun 7000 dollarını ödəmisinsə, sizin kompensasiya məbləğiniz isə 4000 dollardısa onda 1000 dollarlıq fərq sizə geri ödənilicək.

***

Xəbər verdiyimiz kimi Prezident İlham Əliyev Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. 

İqtisadçı ekspert Rövşən Ağayevin fərmanın kimlərə şamil ediləcəyi və borcların necə silinəcəyi ilə bağlı şərhini edirik:

"Problemli kreditlərin həllilə bağlı qərardan görünən əsas məqamlar:

1) Güzəşt yalnız fiziki şəxslər üçün nəzərdə tutulub;

2) Güzəşt yalnız 10 000 ABŞ dollarına qədər olan borclara aid olacaq;

3) Güzəşt yalnız 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində artmış məbləğlərin kompensasiyası ilə bağlı olacaq.

4) Güzəşt üçün başlanğıc tarix 2012-ci ilin yanvarın 1-i, son tarix bu gün - 2019-cu ilin 28 fevralı götürülür.

5) Vətəndaşların 10 000 dollara qədər kreditlərinə görə hesablanmış bütün faiz borcları silinir.

6) 2012-ci il yanvarın 1-dən 2015-ci il 21 fevraladək olan kredit borclarının hər dolları üçün dövlət büdcəsindən 25 qəpik dövlət büdcəsindən ödənilir;

7) 2015-ci il 21 fevralından 21 dekabrınadək verilən dollar kreditlərinin hər dolları üçün 60 qəpik dövlət büdcəsindən

ödənilir.

8) Dövlət büdcəsi hesabına bu sxem üzrə kompensasiya ödəniş müddəti 360 günü ötdüyü halda banklara ödənir, əgər həmin müddəti keçməyibsə bilavasitə vətəndaşın özünə çatdırlır.

9) Devalvasiya nəticəsində borcun artan hissəsi və hesablanmış faiz hissəsi dövlət büdcəsindən ödəndikdən sonra yerdə qalan hissə restruktruzasiya ediləcək - yəni şərtlər dəyişdiriləcək. Məsələn, 2015-cü ilin yanvarında vətəndaş 0.78 manat məzənnə ilə 5000 dollar borc götürüb. Həmin tarix üçün onun manatla borcu 3950 manat olmuşdusa, 21 dekabr 2015-ci ildə artıq 7750 manat olub. Belə vəziyyətdə məzənnə dəyişikliyi nəticəsində zərəri qarşılamaq üçün 5000 dollara görə 3000 manat (hər dollar üçün 60 qəpik) büdcə kompensasiyası ödənir;

10) Devalvasiya nəticəsində artan hissə ödəndikdən sonra yerdə qalan borcları ödəmək üçün vətəndaşlara manatla yenidən hesablanmış borcları ödmək üçün 1 il güzəşt müddəti olmaqla 5 illiyə illik 1%-lə banklar tərəfindən kredit xətti açılır. Bu məqsədlə Mərkəzi Bank da banklara illik 0.1%-lə ümumi həcmi 682 mln. manat kredit xətti açması nəzərdə tutulur."

635x100

Şərhlər

azər 2019-02-28 22:25:11

bu qondarma interaktivliyi birdəfəlik ləğv edin bitsin...etdiyiniz əsl senzuradırki var..ən haqlı və aktual şərh və yozumları basdırıb yox edirsiz...eyvah...

Obyektiv 2019-02-28 22:25:11

Banklar insanlara chox pis (gormemish) "oyunlar" chixartdilar ki, iLLeri de yediLer.. bunun hech izahi yox idi!..( Amma bu qerarLa bagli artiq odeyenlerin de pullari geri qaytarilmali ve onlari mehkeme "menafeleri"ne de xitam verilmelidi! ManatLa olan kreditlere de nese aid olmalidir ancaq hele onlara (prosedur uzre) kagiz gelmeyib.. OLke bashcisi ve Birinci vitse-prezident qeti tapshiriq verenden sonra ne ixtiyarleri var ki.. gel bir indi de bir elemesinler de.. Kash ki, bu qerar choxdan veriLeydi..

yengibar 2019-02-28 22:25:11

Birinci məqam- bu məsələ ilə bağlı həmişə bankları haqlı çıxaran məhkəmə orqanlarının vicdanı indi görəsən nə deyir? heç çıxardıqları qərardan utanırlarmı? ikinci məqam- bu fərqlər niyə büdcə hesabına ödənilməlidir? Bu problemi banklar yaradıb- Ölkədə yeganə ödəniş vasitəsinin milli manat olması barədə qərarı pozmaqla! Onlar özləri də ödəməlidirlər. Və ən nəhayət, bu qərar hər kəsi məbləğindən və mülkiyyət formasından asılı olmayaraq əhatə etməli idi.

Mamed 2019-02-28 22:25:11

Borc silinəndə deyilir ki a millət 5 min ya 10 minə qədər əhalinin borcu silinir. Kasıb əhaliyə də 5-10 mindən artıq kimdir pul verən. Milyarlarla krediti kimlər götürüb atıblar millətə dövlətə heç vermirlər də. Nə isə yaxşı heç nə olası deyil.

Oqtay 2019-02-28 22:25:11

1)Saygac qoyulan da QAZA kimin borcu var idi silindi.1000 man silinən tanıyıram Mənim borcum yox idi.2)İlnən süzmə cörək yemişəm kredit götürməmişəm ki qaytara bilmərəm.İndi yenə kredit götürənlərin borcundan silirlər. Niyə? Xeyir ola.Niyə bizim hökümət qanuna tabe qanunpərəst vətəndaşlarını həmişə cəzalandırır? Mənim taxsırım nədir ki bu hökümətdən 1 manat xeyir görməmişəm. Əgər belədirsə krediti olmayanlara da bir 1000 manat versin yoxsa ELƏ ALINIR Kİ BU HÖKUMƏT QANUNU POZANLARA İŞLƏYİR

EJDER 2019-02-28 22:25:11

BRAVO,HA HA HA.KONSTUSIYANI POZAN BANKLAR,HOKUMETDEN PUL ALANDA ,ONLAR...ANALOQU OLMAYAN,TEZ TELESIK FERMAN,LUKAWENKO CANI.AZERBAYCANDA HANSI BANKLAR KIMLERINDI BUTUN DUNYA BILIR...NAQIL DANIWMAQIN,BUECUDMAQIN NE MENASI VAR

Son yazılar