Sərkisyan yezidlər üçün daha 50 min dollar tapdı

sarkisyan2Ermənistan hökuməti elan edib ki, İŞİD-in hücumları nəticəsində acınacaqlı vəziyyətə düşən yezidi kürdlərə ayrılan yardımın həcmi 100 min dollara çatdırılıb.

Virtualaz.org saytı xəbər verir ki, bundan əvvəl Ermənistan hökuməti yezidi kürdlərə yardım üçün cəmi 50 min dollar ayıra biləcəyini elan edib.

Lakin Ermənistan yezidləri hökumətin onların soydaşlarını müdafiə etmədiyini bildirərək İrəvanda aksiyalar keçirmoşdilər. Bu aksiyalardan sonra prezident Serj Sərkisyan baş nazir Ovik Abramyanla yezidlərə yardımın artırılması imkanlarını müzakirə edib.

Müzakirələr nəticəsində hökumət yezidlər üçün daha 50 min dollar tapıb. Bildirilir ki, yardım yezidlərə çatdırılmaq üçün BMT-nin qaçqınlar üzrə Ali Komissarlığının hesabına köçürüləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar