Gəncədə piyadanın ölümü ilə bağlı cinayət işi açılıb

Gəncə şəhərində piyadanın ölümü ilə bağlı cinayət işi açılıb.

"Report"un məlumatına görə, hadisə ötən gün axşam saatlarında şəhərin Mirzə Abbas Abbaszadə küçəsində qeydə alınıb.

Belə ki, 1998-ci il təvəllüdlü Uday Məmmədov idarə etdiyi Niva markalı avtomobillə yolu qarşı tərəfə keçmək istəyən 1970-ci il təvəllüdlü Sara Habil qızı Süleymanovanı vurub. Nəticədə piyada müxtəlif dərəcəli ağır xəsarətlər alıb. Yaralı xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Cinayət Məcəlləsinin 263.2-ci (nəqliyyatda ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar