Ermənistanda etiraz aksiyası - Gürcüstana gedən yol bağlandı

Ermənistanda “Yüksəkvoltlu energetik şəbəkə” şirkətinin şimal filialının əməkdaşları fevralın 28-də işdən azadedilmələrə etiraz əlaməti olaraq M-6 dövlətlərarası yolu bağlayıblar.

Virtualaz.org “Shamshyan.com”a istinadla xəbər verir ki, filialın direktoru Edqar Bocukyanın jurnalistlərə bildirdiyinə görə, bir neçə digər əməkdaş da səbəbi izah edilmədən işdən çıxarılıb.

Bundan bir qədər sonra baş ofisdən direktorla əlaqə saxlayıblar və bildiriblər ki, şirkətin nümayəndələri sabah onlarla görüş keçirəcək. Əməkdaşlar yolu açıblar və qeyd ediblər ki, sabahkı görüş müsbət nəticələnməzsə, yolun bağlanması davam etdiriləcək.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar