Türk futbolunda şok istefa - Dəmirörənin getmə səbəbi...

Türkiye Futbol Federasiyasının prezidenti Yıldırım Dəmirörən istefa verib.

Qol.az-ın "NTV Spor"a istinadla yaydığı xəbərə görə, bu barədə o özü məlumat verib. 54 yaşlı iş adamı bildirib ki, "İDDAA", "Misli.com" mərc şirkətləri rəsmən "Dəmirörən Holdinq"in tərkibinə qatıldığı və bunun tutduğu vəzifəyə zidd olduğu üçün bu addımı atıb:

"Bu günə qədər şərəf və qürurla yerinə yetirdiyim milli vəzifəmdən Türkiyə və dünya ictimaiyyətində yer alan bəzi söz-söhbətlərə son qoymaq və ölkə futboluna kölgə salmamaq üçün ayrılıram. 7 il ərzində daim məni dəstəkləyən prezidentimiz Rəcəp Tayyip Ərdoğana təşəkkür edirəm".

Qeyd edək ki, Dəmirörən 2012-ci ilin fevral ayından TFF-yə başçılıq edirdi. Quruma yeni prezident seçilənə qədər (iyun ayına kimi) bu vəzifə müvəqqəti olaraq, İdarə Heyətinin üzvü Hüsnü Güreliyə tapşırılıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar