Hindistan və Pakistan hərbi təyyarələri arasında toqquşma olub - Sübut kimi raket hissələri təqdim edilir

«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Hindistan Hərbi-Hava Qüvvələrinin (HHQ) vitse-marşalı Amerika Birləşmiş Ştatlarının (ABŞ) istehsalı olan AMRAAM «hava-hava» tipli raktin hissələrini jurnalistlərə nümayiş etdirib. Bu raketlərlə Pakistanın F-16 təyyarələri silahlanıb.

Onun sözlərinə görə, raketin hissələri Cammu ştatının Racaru şəhərindən şərqdə və Kəşmirdə tapılıb. Bu ərəfədə ərazinin səmasında Hindistan və Pakistan hərbi təyyarələri arasında toqquşma olub.

O, təkrar edib ki, Hindistanın MİQ-21 qırıcısı Pakistanın F-16 təyyarəsmni vurub. Guya təyyarə ölkənin hava məkanını pozubmuş.

Çərşənbə günü tərəflər arasında baş vermiş hava döyüşündə Hindistanın 8 təyyarəsi, Pakistanın isə 24 təyyarəsi iştirak edib. Pakistan havaya 8 ədəd F-16 qırıcısı, 4 Fransız Miraje-3 təyyarəsi, 4 ədəd Çin-Pakistan birgə istehsalı olan JF-17 Thunder təyyarəsi qaldırıb.

Hindistan təyyarələri isə 4 ədəd Su-30MKİ, 2 ədəd Miraje-2000 və 2 ədəd MiQ-21-dən ibarət olub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar