"Şahdəniz” layihəsi çərçivəsində 1 milyard dollarlıq saziş

Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz yatağının işlənməsi ilə əlaqədar Türkiyənin TPAO şirkətinin payının maliyyələşdirilməsi üzrə Ankarada kredit sazişi imzalanıb.

“APA-Economics”in Türkiyə mətbuatına istinadən yaydığı məlumata görə, Türkiyənin enerji və təbii ehtiyatlar naziri Taner Yıldızın iştirakı ilə imzalanan saziş TPAO ilə “Vakıf BANK” və “Türkiyə İş Bankı” arasında 1 mlrd. ABŞ dolları məbləğində maliyyələşdirməni nəzərdə tutur.

Türkiyənin TANAP-da 30%, “Şahdəniz” layihəsində isə 19%-lik paya sahib olduğunu deyən T. Yıldız bunları deyib: ”Ötən il bu layihələrdən 265 mln. dollar gəlir əldə etmişik. Bu il və gələn il əldə olunan gəlirin 2 dəfə artacağını proqnozlaşdırırıq. Müqavilənin şərtlərinə görə, ilk üç il ərzində ödəniş edilməyəcək. Növbəti 7 il ərzində isə faizlərlə yanaşı, 1 mlrd. dollar ödəyəcəyik. Həyata keçirdiklərimiz layihələr səbəbindən xəzinə zəmanətinə ehtiyac yoxdur. Çünki, layihənin özü zəmanət deməkdir. əldə etdiyimiz gəlirlər krediti ödəməyə imkan verir”.

T. Yıldız bildirib ki, artıq TPAO “Şahdəniz”də BP-dən sonra ən böyük sərmayədardır.

“Konsorsiuma daxil olan bir neçə ölkə bu layihənin reallaşması üçün 4 ildə 45 milyard dollar vəsait xərcləyəcək. Bu layihə Türkiyənin enerji mənbələrinə sahib olmaq baxımından çox əhəmiyyətlidir”, - deyə nazir vurğulayıb.

Xatırladaq ki, “Şahdəniz” layihəsinin iştirakçıları BP (operator - 28,8%), SOCAR (16,7%), “Statoil” (15,5%), “LUKoil” (10%), NICO (10%) və TPAO (19%) şirkətləridir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar