"Sizi qanuna hörmət etməyə cağırıram"- İlyas İsmayılov Məzahir Pənahova 2-ci dəfə müraciət etdi

Ədalət Partiyasının sədri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı İlyas İsmayılov parlamentin legitimliyini şübh altına alan iddialarını davam etdirməkdədidr. Partiyanın mətbuat xidmətindən "AzPolitika. info"-ya verilən məlumata görə, deputat Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahova ikinci dəfə məktubla müraciət edib. Məktubda deyilir:

-Mən 27.06.2013 tarixində 10/106-154 saylı məktubla Sizə müraciət etmişdim. Təəssüf ki, müraciətə baxılma müddəti keçməsinə baxmayaraq Siz, göstərilən qanun pozuntularını araşdırıb bizə heç bir cavab verməmisiniz. Məktubda Konstitutsiyanın 85-ci maddəsinin, Seçki Məcəlləsinin 173-cü maddəsinin imperativ tələblərinin kobud surətdə pozulması nəticəsində ayr-ayrı məmurların qanunsuz olaraq deputat mandatı əldə etməsindən, MSK üzvlərinin öz vəzifəsindən sui-istifadə etməsindən, vəzifə həddini aşmasından gedir.

Sizə xatırlatmağa məcburam ki, qanun dövlətin atributudur, onun universallığının göstəricisi, dövlət suverenliyinin ifadəsidir. Qanun hakimiyyətin əsası, cövhəri, mahiyyətidir. Qanunun pozulduğu, məmur özbaşınalığına üstünlük verildiyi yerdə kütləvi hakimiyyətdən söhbət gedə bilməz. Məhz buna görə, Sizi bir daha qanuna hörmət etməyə, Azərbaycan Respublikası Konstitusiyasının və Seçki Məcəlləsinin yuxarıda göstərilən maddələrinin pozulmasını aradan qaldırmağa çağırıram. Qeyri-qanuni deputat mandatı əldə etmiş şəxslər ya deputat mandatından məhrum edilməli, ya da tutduqları vəzifədən qeyd-şərtsiz azad olunmalı, bu qanun pozuntularına rəvac verən və ona göz yumanlar cəzalandılımalıdırlar.

Biz ona çalışmalıyıq ki, vətənimizin çiçəklənməsinin və insanın hüquq və azadlıqlarının təminatının zəruri şərti olan “qanuna hörmət qanunu” cəmiyyətimizin ən birinci qanunu olsun.

Vaqif

AzPolitika. info

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar