“Hizbullah” amerikalı jurnalistin ölümünü tənqid etdi

“Biz bu vəhşicəsinə törədilən qətli məhkum edirik”

Livan şiə qruplaşması olan “Hizbullah” amerikalı jurnalist Ceyms Foleyin edam edilməsini tənqid edib.

ANS PRESS-in məlumatına görə, “İslam Dövləti”ni terror təşkilatı adlandıraraq, “Biz bu vəhşicəsinə törədilən qətli məhkum edirik” – deyə “Hizbullah” bəyanat verib.

“Hizbullah” təşkilatı özü də ABŞ, Kanada, İsrail və bir çox Avropa ölkələrində terrorist təşkilat sayılır.

Xatırladaq ki, Suriyada baş verənləri işıqlandırmaq üçün 2012-ci ilin noyabrında bu ölkəyə gedən Ceyms Foley yoxa çıxmış və çərşənbə axşamı onun başının kəsildiyi video nümayiş etdirilənə qədər ondan heç bir xəbər yox idi.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar