ELMAN RÜSTƏMOV BİZNESİNİ GENİŞLƏNDİRDİ - “Toyota” da onun "imperiyasının" tərkibinə daxil oldu

“Bakı Sığorta”-nın səhmdarları sırasına “Toyota Abşeron Center” də qoşulması təsadüfüdürmü?

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmovun böyük biznes imperiyasına malik olduğuna dair məlumatlar mütəmadi olaraq, mətbuatda yer almaqdadır. Baş bankirin biznes şəbəkəsinin tərkibində “Bank Respublika” ilə yanaşı “Subaru”, “Honda”, “Mitsubishi” kimi nəhənglərin Azərbaycanda təmsilçiliyi, eləcə də “Səba” ASC, “Bakı İnvest Holdinq” və digər sahibkarlıq subyektlərinin adları çəkilir. Bu siyahıya həmçinin “Bakı Sığorta” şirkəti də aiddir və siyahıdan göründüyü kimi, sözügedən biznes şəbəkəsi kifayət qədər şaxələnmiş vəziyyətdədir.

Saytımızın əldə etdiyi məlumata görə, bir müddət bundan öncə daha bir avtomobil nəhəngi olan “Toyota”-nın ölkəmizdəki təmsilçiliyi də bu imperiyanın tərkibinə daxil edilib. Maraqlıdır ki, “Toyota Abşeron Center” (Toyota Abşeron Mərkəzi) bu şəbəkəyə daxil ediləndən qısa müddət sonra elə E.Rüstəmova aid olduğu bildirilən “Bakı Sığorta”-nın səhmdarına çevrilib.

Göründüyü kimi, baş bankir ənənəsinə sadiq qalaraq, əksər biznes subyektlərini bu sığorta şirkətinin səhmdarları sırasına qatır. Bunu təsdiq etmək üçün uzağa getməyə ehtiyac yoxdur və sadəcə, “Bakı Sığorta”-nın səhmdarlarının rəsmi siyahısına baxmaq kifayətdir - “Bank Respublika” (57,9785%), “Diamond Motors Şirkəti” (9,3750%), “Subaru Azərbaycan” şirkəti (9,3750%), “Yeni Motor Şirkəti”, Murad Rəhimov (6,9653%) və Behbud Nəcəfov (6,9321%). Necəı deyərlər, görünən dağa nə bələdçi?

Bu gwn mediada yayılan məlumatda isə deyilir ki, bu siyahıya “Toyota Abşeron Center” də daxil edilib və iki əməliyyat nəticəsində “Bakı Sığorta” şirkətinin səhmlərinin 12,33 faizini əldə edib. Məlumata görə, birinci əməliyyatda şirkət 527 ədəd, ikinci əməliyyatda 922 səhm satın alıb.

“Toyota Abşeron Center” payları digər hüquqi şəxs olan səhmdarlardan əldə edib. Şirkətdə mühüm iştirak payına (51 faizdən çox) malik olan “Bank Respublika” ASC-nin payı təxminən 60 faiz səviyyəsindən 51-52 faiz səviyyələrinə düşüb. Belə çıxır ki, “Toyota Abşeron Center”ə əsasən məhz “Bank Respublika” ASC-nin payının bir hissəsi satılıb.

Təxminən 9 milyon manatlıq nizamnamə kapitalına malik sığorta şirkəti ətrafında aparılan bu alış-verişin hansı tələbatdan irəli gəldiyi və həmin maliyyə əməliyyatının nəyə hesablandığını sözsüz ki, bu imperiyanın başında duran daha yaxşı bilər...

Onu da qeyd edək ki, “Bakı Sığorta”, səhmdarı olmamışdan öncə də “Toyota Abşeron Center” ilə əməkdaşlıq edirdi. Ancaq onun məhz indi bu sığorta şirkətinin səhmlərini alması bir daha təsdiqləmiş olur ki, “Toyota Abşeron Center” də E.Rüstəmovun biznes imperiyasının tərkibinə qatılıb.

Tahir

AzPolitika.info

635x100

Şərhlər

Bank işçisi 2019-03-01 16:30:17

Elman Rüstəmovun pul çapı ilə əlaqədar xaricdə açılan cinayət işi necə qurtardı? O milyonlar necə oldu?

Ədalət 2019-03-01 16:30:17

Sizin də başqa talançı məmurlar kimi yəqin yuzlərlə milyon kapitalınız var. Və bildiyimə görə 1 milyarda yaxın kredit götürmüsünüz öz biznesinizə görə. Ancaq onu deyim ki yeni devalvasiya bu millətə yeni qəsd eləmək olacaq. Və bu edilsə ona görə ediləcək ki,milyardlarla götürülmüş krediti dollar 78 qəpik olanda, manatın qiymətini talançılar istəyəcəklər ki imkanları olsa lap qiymətsiz kağız etsinlər. Və SSRİ dövründə 20000 sudanı 2 şirvanla verilən kimi versinlər.

Adi insana XX-1-dən 2019-03-01 16:30:17

Onlar hamısının yerini gözəl bilirlər. Hətta Mahmudcanda onların videosu da var. Zamirə xanımda o videonun surəti var!!!

vekil 2019-03-01 16:30:17

Su Melorasiya komutesi Ahmed Ahmedade ile bu bankir qudalarin 2 si birlesib Aerbaycani 10 il saxlayabilerler!uzun illerdir bu qudalar bucceni talamaqla bineslerini genisslendirmekle messqul olurlar xalqin en cox eiyyet cekdiyi yerler bankdir be kendci yayda bir qasiq su tapa bilmir ki teserufatin subarsin bu 2 qudalar ise dunyanin 4 bir yerinde otel restoran villalar alirlar

Reshad Haciyev 2019-03-01 16:30:17

Deyim bir Söz Azərbaycanda biznes açmaq ölümə bərabərdir.Baxıram həqiqətən daha çox pulu olanlar kiminsə qohumlarıdır.O ki qaldı Baş bankir imkansız adamdır nə işiniz var onunla .

YENGİBAR 2019-03-01 16:30:17

Tahir qardaş,əgər, eşitsən ki,Elman Rüstəmov hər dəfə pul çap etdirəndə 1-2 palet "leviy" manat gətirib, heç təəccüblənmə.Bu alliqator məmurlar hər şey bir yana, milli biznesi də məhv edirlər.Məsələn, on illərdir maldarlıqla məşğul olan birisini belələri milyonlarla "leviy" manat buraxmaqla bir günə məhv edir. O cümlədən tikinti, tikinti materialları, avto, avtohissələri, nə bilim, hər yerdə.Bunlar "vid" edirlər ki, biznesləri var, amma, o biznesdən 1 qəpik də qazanmırlar.Haramzadalar!

Adi insan 2019-03-01 16:30:17

Millətə atılan yüzlərlə milyardların hamısının qəpiyinə kimi yerini milli bankı sədri və maliyə naziri bilməlidirlər. Soruşan gərəkdir. Ya da ki onlar spisok veriblər o milyardları alıb xalqa qaytarmaq gərəkdir. Kasıb kütlə ehtiyac içində boğulur. Çörək pulu qazanmaq artıq çox böyük problemdir.

Son yazılar