“İKİ-ÜÇ RAYONU HƏRBİ YOLLA AZAD ETSƏK…” – “2019-cu ildə belə qərarlar qəbul oluna bilər”

“Mən 2019-cu ili Azərbaycan tərəfindən Qarabağın azad edilməsi üçün ciddi addımlar atılacağı il kimi qiymətləndirirəm. Fikrimcə, Azərbaycana olan təzyiqlərin bir hissəsi bununla bağlıdır. Baxın, bizim müxalifət qüvvələri Qarabağla bağlı mitinq keçirdi. Bu mitinqi hakimiyyət də, cəmiyyət də normal qarşıladı. Amma mitinqi dərhal anti-hökumət aksiyasına çevirdilər və bunun da effekti az oldu. Amma iqtidarlı-müxalifətli Qarabağla bağlı böyük aksiya keçirilə bilər. Məncə, bu çox faydalı olar. Təsəvvür edin ki, hakimiyyətli-müxalifətli böyük bir aksiya keçirilir, orada YAP-ın nümayəndələri, müxalifət partiyalarının təmsilçiləri çıxış edir. Dünya da görür ki, xalq Qarabağın azad edilməsini tələb edir”.

“AzPolitika.info”nun məlumatına görə, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev teleqraf.com saytına müsahibəsində Qarabağ danışıqlarının hazırki vəziyyətinə dair sualı cavablandırarkən deyib.

Partiya sədrinin fikrincə, Azərbaycan hökuməti bu il Paşinyanın tam güclənməsinə imkan verməməlidir. “Onun qarşısına konkret tələb qoyulmalıdır. Ya Qarabağın azad edilməsi üçün konkret addımlar at, ya da Azərbaycan öz torpaqlarını azad etməlidir. Düşünürəm ki, biz iki-üç rayonu hərbi yolla azad etsək, ermənilər vəziyyətin nə yerdə olduğunu başa düşüb konstruktiv mövqe sərgiləyəcəklər”.

Lakin Q.Həsənquliyev hesab edir ki, Azərbaycan bundan əvvəl Rusiya ilə intensiv danışıqlar aparmalıdır: “Çalışmalıyıq ki, Rusiya buna intensiv müdaxilə etməsin və Azərbaycanın haqlı olduğunu qəbul edərək imkan yaratsın ki, torpaqlarımızı azad edək. Hətta bu olmasa belə, düşünürəm ki, Azərbaycan hökuməti sonda xalq ilə açıq danışmalı və torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində addımlar atmalıdır. Siyasətdə bəzən ağıllı fikirləşincə dəli vurub çayı keçir. Tarixdən yüzlərlə misallar gətirmək olar ki, ağıllı siyasətçi oturub fikirləşir və sonda kələfin içində itib-batır, nəticə də olmur. Bəzən dövlət başçıları qəti və ciddi qərarlar qəbul etmək məcburiyyəti qarşısında qalır. Düşünürəm ki, 2019-cu ildə belə qərarlar qəbul oluna bilər”.

V.Nəsibov

AzPolitika.info

635x100

Şərhlər

əli 2019-03-01 18:16:11

https://www.youtube.com/watch?v=f88RIJNRVUI Qüdrət buna bax

Obyektiv 2019-03-01 18:16:11

Evvel sherhleri oxudum sonra meqaleni. Dedim, gorum Qudret ne deyib ki, bele eseblere sebeb olub.. Oxudum anmcaq (haqqla desek) bu yaziq qerezLi ya riyakar tipLi bir fikir soylemeyib axi.. ) Obyektiv baxanda, eksine oz narahaychiligini bildirir ve (bu meseleye dair) teklifini verir.. Partiya sədrinin fikrincə, Azərbaycan hökuməti bu il Paşinyanın tam güclənməsinə imkan verməməlidir. “Onun qarşısına konkret tələb qoyulmalıdır. Ya Qarabağın azad edilməsi üçün konkret addımlar at, ya da Azərbaycan öz torpaqlarını azad etməlidir. Düşünürəm ki, biz iki-üç rayonu hərbi yolla azad etsək, ermənilər vəziyyətin nə yerdə olduğunu başa düşüb konstruktiv mövqe sərgiləyəcəklər”. Burada ne var ki?..

Elmar 2019-03-01 18:16:11

QÜDRƏT QARĞA DİLİ DANIŞIR. ONU DA HƏR BİR CÜR BAŞA DSÜŞÜR. NİYƏ BÜTÜN QARABAĞ YOX 2 RAYON? DEMƏLİ QALAN RAYONLAR ERMƏNİYƏYƏ VERİLİR. BAŞQASI NECƏ BAŞA DÜŞÜR ÖZÜ BİLƏR

saxavat 2019-03-01 18:16:11

Qarabag azad olunmayacaq NIYE? Hakimiyyeti zebt edenler.... Bu gun hakimiyyetde Heyder Aliyev kimi CENGAVAR olmaliydi Hayif O bu gun yoxdur Qarabag haqqinda ne deyilirse YALANDIR-Yegane variatn muharibedir Guclu ordumuz-guclu iqtisadiyyatim var Qudret Hassanquliyev sence O haralardadir? Yaziq millet

Azad Qarabaglı 2019-03-01 18:16:11

İrəvan və Kreml dəfələrlə 5 rayonu azad etməyə hazır olduqlarını bəyan etsələr də, Q.Həsənquluyev müsahibədə cəmi 2 rayon üçün Ali Baş Komandan, Müd Naziri, Ştab Rəisi adından hərb bəyanatı verir?

Azərbaycan vətəndaşı 2019-03-01 18:16:11

Qüdrət nə üçün susursan.Axı mən sənə sual verdim və cavabını gözləyirəm.

Genc Molla 2019-03-01 18:16:11

Eh qudrət,qudrət.. Xalq nə hayda sən də iki daşın arasında .... Doxdurun xatrinə çox şey yamıram.Dünyamalı dünyada qalacaq.

Oqtay 2019-03-01 18:16:11

Mənim fikrimcə 1)müharıbə edən dövlətdən oğurluq edib xaricə daşıyanlar müharibə şəraitində yaşadığımıza görə müəyyənləşib müharibə qanunları ilə güllələnməlidirlər əgər biz müharibə şəraitindəyiksə və söhbət ciddidir sə 2)xaricdə olan güllələnlərin balalarını yığıb ön cəbhəyə düşmənlə üz üzə Belə olan halda millət görəcək ki məsələ ciddidir və ürəklə vuruşacaq.Heç kim hərif deyil döşünü gülləyə versin ki oğruların balası kef etsin xaricdə.Bizi , ölkəni, bəyənib burada yaşamır ancaq buradan oğurlanan pulu bəyənir.Mən qanımla torpaq alacam onlarda gəlib ermənidən qalanı oğrasın?. Ədalətli quruluş olmalıdır ki hamı hiss etsin ki bura vətəndir Niyə buranın vətən olmağını yoxsul bilir ancaq oğrular bilmir düşmən gözü ilə baxırlar bu vətənə. Mənim fikrimcə onlar yəni oğrular heç də ermənidən yaxşı deyillər. Bir sözlə dolmanın (yağlı) dibini bozbaşın da (yağlı yerini) üzünü yeyənlər balaları ilə birlikdə irəli torpaq vətən hamınındır

AYZEK 2019-03-01 18:16:11

VİDADİ DEYİR Kİ BAKIYA YAMAQLI ŞALVARDA GƏLMİŞDİNİZ, AMMA İNDİ MİLYONÇUSUNUZ.DÜZ DEYİR YOXSA ŞƏR ATIR?

vuqar 2019-03-01 18:16:11

YA QARABAG, YA OLUM! QARABAG...MILLETIMIN MERD QEYRETLI QARDASLARIMIN EN AGRIYAN YERI! ........ .... G A R A B A A A G!.............. CANIM SENE FEDA - VETEN!

miri 2019-03-01 18:16:11

Qarabag duyunu cox faktorlardan aslı olmagına baxmayaraq acılım imkanı varsa (məncə indi bir tarixi fürsətdir) bunu indiki iqtidar təcili faktiki müxalifət ilə müzakirə etməlidir. Nəticəsi haqqında ölkəyə müraciət etməli və bu problemi 25 il konservləşdirərək cətinləşdirən mənim yaşımda olan nəsil öndə olmaqla həllə cəhd etməlidir. Bizım həmyaşıd nəsil və indiki hakimiyyət mənsubları ancaq bu yol ilə bu böyük günahimızı yuya bilərik.Allah yar olsun.

Bəhram Qarabaglı 2019-03-01 18:16:11

Cənab Q.H., məgər, haylar 366cı hərbi dviziya ilə DQMV və ətraf rayonlarını qanlı genosidlə işgalını öncədən (satqınca) bəyan etmişdilərmi? Konstitutsion məsul Azərbaycan Hakimiyyəti İrəvana (və siyasi dünyaya) DQMV əhalisinin oradan qovulmuşların mülklərinə köçürülməsi Status-Kvo tələbini qoyubmu? "Ultimatum"unuzu kim içinizə qoydu? Həll siyasəti 23 il "pas"lanmalı dəyil, hər an dəyişir!? Ardıcıl gedişlər: 1-Ultimatum; 2-ATƏT MQndan çıxmaq; 3-DQMV ilə aradakı hərbdən imtina.

Azərbaycan vətəndaşı 2019-03-01 18:16:11

İkinci Dünya müharibəsində Stalin başda olmaqla bütün vəzifəlilərinin övladları ön çəbhədə döyüşüblər. Ona görədə SSRİ bu müharibədə qalib gəldi.İndi mənim bu Qüdrətə bir sualım var.Əgər müharibə başlasa hansı məmurun oğlu ön cəbhədə döyüşəcək.Şəxsən Qüdrətin oğlu ön cəbhədə olacaqmı.Xahiş edirəm Qüdrət bu suala səmimi cavab versin.

t.ədalət 2019-03-01 18:16:11

Rusiya işğal etdiyi əraziləri qaytarmaz.Bizim ümidimiz sankisiyalaradır.Rusiya iqtisadi tənəzzülə yaxınlaşdıqca,ovucu boşalacaq..

EJDER 2019-03-01 18:16:11

DIGALAR MEYDAN OXUYUR,BIZLERE.HANI BU LAZIM,NAQILLAR YETER.HAYDI,YA ALLAH,IRELI.BUNLARIN ANASINI AQLATMAQ VAXTIDI

Pirzadə 2019-03-01 18:16:11

Qüdrət müəllim Sizə deputatlığınıza böyük hörmətim var.Nəyə lazım ürək bulandırıcı söhbətlər.Siz məyər cənab Prezidentdən,ya da hərbi sahələrdə böyük təcrübəyə malik olan cənab Müdafiə Nazirindən savadlı,ya da ağıllısınızmı?Unutmayın ki,son QƏRAR cənab Ali Baş Komandanın və cənab Müdafiə Nairinindir.

yusif 2019-03-01 18:16:11

qudret muellim geri cekilir. amma xeyri yoxdur.

636363 2019-03-01 18:16:11

ön çərqədə məmur,deputat,oliqarx balaları olmaq şərti ilə

Sahib 2019-03-01 18:16:11

Qüdrət 25 ildə ermənidən bir kənd geri alınmayıb. Ala bilməmisiniz. 1-2 rayon almaq sözdür deyirsən. Lap alınsa rayon yox 1-2 kənd onda 25 il də gözləmiyəcəyik ki qalan torpaqlar alınsın? Siz də 25 il bəy tərifi ilə məşğul oilacaqsınız ki 100 hektar aldıq. Müharibəni başlayıb düşmənlə ölüm dirim savaşına girişib torpaqları almaq lazımdır. Ancaq talnçı məmurlar milyon milyardlarından,bizneslərindən vəzifələrdən qorxur düyə müharibə edib düşməni qovmaq istəmirlər.

Son yazılar