RAMİL USUBOV GƏNCƏ YOL POLİSİNƏ RƏİS TƏYİN ETDİ - Bir il əvvəl nöqsanlara görə bu vəzifədən azad olunmuşdu...

Gəncə şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə rəis vəzifəsinə təyinat olub.

Avtosfer.az xəbər verir ki, bu vəzifəyə daxili işlər naziri Ramil Usubovun əmri ilə polkovnik-leytenant Rəhim Zalov təyin edilib.

Maraqlıdır ki, Rəhim Zalov əvvəllər də Gəncənin DYP rəisi olub. O, ötən ilin fevralında tutduğu vəzifədən azad edilərək Zaqatala rayon DYP bölməsinə rəis təyin olunmuşdu.

Rəhim Zalovun DYP rəisi vəzifəsindən uzaqlaşdırılmasına səbəb işində yol verdiyi çoxsaylı nöqsanlar idi. Belə ki, Daxili İşlər Nazirliyindən xüsusi yoxlama qrupu Gəncə şəhər Baş Polis İdarəsində və Yol Polisi Şöbəsində yoxlamalar aparmış, nəticədə Rəhim Zalovun vəzifəsindən azad olunmuşdu.

Təxminən 1 ildən sonra R.Zalovun yenidən Gəncəyə DYP-yə rəis təyin olunması düşündürücüdür.

635x100

Şərhlər

Genc Molla 2019-03-01 19:14:07

Görsənən odur ki,islahatlar başlayıb...keçəl həsəni,həsən keçəllə əvəzləyirlər.Qalan məsələlər də əvvəlki qaydada

Ayzek 2019-03-01 19:14:07

N.QOCAYEV TÜRMƏDƏ YATIB-ÇIXANDAN SONRA POLİSƏ BƏRPA OLUNMUŞDU.O VAXT NİYƏ BU HADİSƏ MARAQ DÜŞÜNDÜRÜCÜSÜ OLMADI?

Sara 2019-03-01 19:14:07

Mutleg ya .... bele yagli vezivenin sahibi onlar olmalidir, cunki onlarin boyuna olculub bu veziveler. Ramil usubov 27 ildir nazirdir...

Mehdi 2019-03-01 19:14:07

Zalov and icibki bir bele seyler elemerem,ondan sonra qaytariblar vezifesine yaqinki.Kecinin andi kimi.

İlqar Rusiyalı 2019-03-01 19:14:07

Daxili İşlər Nazirliyində vəzifəyə təyin olunmaq üçün ya yaxşı daydayın olmalıdır, ya da vəzifəyə təyin olunmaq üçün .........

Son yazılar