Naxçıvanda QHT Resurs mərkəzinə hücum

Avqustun 22-də axşamdan xeyli keçmiş bir qrup naməlum şəxs Naxçıvanda QNT və demokratiyanın inkişaf mərkəzinə hücum etmişlər.

Hücum edən şəxslər Mərkəzin əməkdaşı İlqar Nəsibovu qəddarcasına döymüş və ofisi dağıtmışlar. Bu barədə Turana Mərkəzin direktoru, İ.Nəsibovun həyat yoldaşı Məlahət Nəsibova bildirib.

«İlqar çoxlu qan itirib və Huşsuz vəziyyətdədir, ona çoxsaylı xəsarətlər yetirilib», - deyə Məlahət Nəsibova telefonla bildirib.

Hücumun səbəbi bəlli deyil. Amma böyük ehtimalla söyləmək olar ki, bu hadisə Azərbaycanda son dövr vətəndaş cəmiyyətinə başlanılan repressiv kampaniyanın tərkib hissəsidir.

Qeyd edək ki, Resurs mərkəzi Naxçıvanda yeganə müstəqil QHT-dir və çoxdan bəri yerli hakimiyyət tərəfindən təqib obyektinə çevrilib.

Məlahət və İlqar Nəsibovalara dəfələrlə hədələrə və fiziki təzyiqlərə məruz qalıblar. Və heç vaxt onlara qarşı cinayətlər araşdırılmayıb.

Ötən həftə naməlum şəxslər onların Naxçıvandakı mənzillərinə soxulmaq istyəiblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar