Ağstafada 26 yaşlı qadın intihara cəhd edib

Ağstafa rayonunda intihara cəhd hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, 26 yaşlı qadının rayonun Eynallı kəndində yaşadığı evdə hələ ki, məlum olmayan səbəblərdən gəmiricilərə qarşı istifadə olunan kimyəvi dərmanı içərək özünü öldürmək istəyib. Zərərçəkmiş təcili xəstəxanaya aparılıb və reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Lənkəranda 29 yaşlı qadın intihara cəhd edib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar