ABŞ-ın Venesuela barədə qətnamə layihəsi keçmədi - Rusiya və Çin blokladı

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında (BMT TŞ) Birləşmiş Ştatların Venesueladakı vəziyyət barədə təklif etdiyi qətnamə layihəsi səsverməyə çıxarılıb.

Vaşinqton Venesuelada BMT Baş katibinin iştirakı ilə növbədənkənar prezident seçkilərinin keçirilməsinə və bu ölkəyə humanitar yardımın maneəsiz olaraq çatdırılmasının təmin olunmasına çağırıb.

Xəbər verilir ki, TŞ-nın iki daimi üzvünün veto qoyması səbəbilə, sənəd bloklanıb. Bu ölkələr Venesuelanın fəaliyyətdə olan prezidenti Nikolas Maduronu legitim hesab edirlər və onun bütün fəaliyyətini qanuni sayırlar.

Rusiyanın BMT TŞ-ı daimi nümayəndəsi Vasili Nebenzya qeyd edib ki, ABŞ tarixdə ilk dəfədir ki, «legitim prezidenti öz postundan salmağı» təklif edir.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar