KXDR lideri Trampla danışıqları dayandıra bilər 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Koreya Xalq Demokratik Respublikası (KXDR) xarici işlər nazirinin müavini və Amerika Birləşmiş Ştatları (ABŞ) ilə münasibətlər üzrə kurator Soy Son Xi Vyetnamdakı sammitdən sonra, Vaşinqtonla gələcək dialoq barədə fikir səsləndirib.

Onun sözlərinə görə, Donald Tramp ilə görüş Kim Çen In üçün ümidverici olmayıb və o, gələcək danışıqların təşkilindən imtina edə bilər.

Xanım diplomat «Yonhap» agentliyinə bəyan edib ki, Pxenyan üçün ən məyusedici məqam denuklearizasiya istiqamətində atılan addımların əvəzində sanksiyaların qismən aradan götürülməsi məsələsində ABŞ-ın imtinası olub.

O, həm də xatırladıb ki, KXDR bir ildən aprtıqdır ki, ballistik raketlərin və nüvə sınaqlarının üzərinə qoyulmuş maratoriuma əməl edir.

Nazir müavini qeyd edib ki, Kim Çen In ABŞ-ın tələblərinin «Yonben» nüvə kompleksi əsasında yerinə yetirilməsini təklif edib, ancaq danışıqlar zamanı Tramp qəflətən digər obyektlərin də demontaj olunmasını istəyib.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar