Suriyada ölənlərin sayı 180 mini keçib

Britaniyada mənzillənən monitorinq qrupu bildirib ki, 2011-ci ildə münaqişə başlayandan Suriyada 180 mindən çox adam ölüb.

Suriya İnsan Hüquqları Observatoriyası, ölkədəki mənbələrə əsasən, 180 min 215 adamın ölümünün sənədləşdirildiyini deyir. Onlardan 59 mini, 9.400 uşaq və 6 min qadın olmaqla, dinc sakinlərdir.

Qrup bildirir ki, silahlı müxalifətin 50 min üzvü öldürülüb, onların içində Al-Qaeda-nın Al-Nusra cəbhəsi və İslam Dövləti qanadlarının yaraqlıları da var.

Bu ölü sayına ordunun 40 min üzvü, eləcə də rejim döyüşçülərinin 26 min üzvü daxildir.

Suriyada münaqişə 2011-ci ilin martında başlanıb. Rejim dinc anti-hökumət etirazçılarına qarşı gücdən istifadə edib. Ölkə əhalisinin demək olar yarısı didərgin düşüb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar