"Dövlət büdcəsinə yenidən baxmağa ehtiyac yoxdur" - Samir Şərifov

Azərbaycanda bu ilin əvvəlindən əhalinin sosial müdafiəsi məqsədi ilə görülən tədbirlərin - minimum əmək haqqı və pensiyanın, təqaüd və müavinətlərin artırılmasının maliyyə tutumu 882 milyon manatdır. "Report" xəbər verir ki, bunu maliyyə naziri Samir Şərifov AzTV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, bu vəsait dövlət büdcəsində formalaşdırılmış ehtiyatlar hesabına təmin ediləcək və bu səbəbdən büdcəyə yenidən baxmağa ehtiyac yoxdur.

"Bəzən deyirlər ki, kimlərsə hökuməti artımlara getməyə vadar edib. Boş söhbətlərdir. Bu işlər əvvəlcədən planlaşdırılmışdı. Söhbət sadəcə həmin vəsaitdən nə zaman istifadə edilməsindən gedə bilər. Dövlət başçısının qərarına uyğun olaraq istənilən vaxt həmin vəsait hesabına maliyyələşdirməyə başlaya bilərik və martın 1-dən bu oldu", - deyə nazir qeyd edib.

635x100

Şərhlər

aysberq 2019-03-01 23:27:30

U nas vse xodı zapisanı. U menya tut stoyala ladya!! Büdcəni biz elə tarazlamışıq ki, ona baxmağa ehtiyac yoxdur.

EJDER 2019-03-01 23:27:30

HESAB EDIREM KI,BOW SOHBET BARESINDE FIKIR IN DOQQUZU MUEMMALI ,BIRI ISE WUBHELIDI,LUKAWENKO CANI

Son yazılar