ABŞ-dan sonra Fransadan da Azərbaycana ittiham - “Erməninin meyitini geri qaytarın”

Tovuzda əsir düşən erməni kəşfiyyat-diversiya qrupunun üzvü Karen Petrosyanın ölümü ilə bağlı Fransa bəyanat verib. Modern.az saytı Erənistan mətbuatına istinadən xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi Karen Petrosyanın Azərbaycanda əsirlikdə saxlanılarkən ölməsindən narahatlığını bildirib.

Fransa XİN mətbuat katibi Romen Nadal Azərbaycandan erməni əsirin cəsədinin Ermənistana qaytarılmasını tələb edib. “Biz Azərbaycanı dərhal meyiti qaytarmağa və onun ölüm səbəbini aydınlaşdırmağa çağırırıq”.

Qeyd edək ki, avqust ayının 7-də Tovuzda adıçəkilən erməni diversant, Berd rayonunun Çinari kənd sakini Karen Petrosyan qoşunların təmas xəttini keçməyə cəhd edərkən əsir götürülüb. O, avqust ayının 8-də əsir saxlanıldığı yerdə ürək çatışmazlığından ölüb.

Bildirək ki, Fransadan əvvəl ABŞ Dövlət Departamenti də erməni əsirlə bağlı Azərbaycanı ittiham edən bəyanat vermişdi.

Amma nədənsə, ABŞ və Fransanı Kəlbəcərdə erməni silahlı birləşmələri tərəfindən girov götürülən azərbaycanlılar - Dilqəm Əsgərov və Şahbaz Quliyevin taleyi maraqlandırmır.

Həmçinin bu ölkələr Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərə gedən və orada erməni hərbçiləri tərəfindən öldürülən Cəbrayıl sakini Həsən Həsənovun meyitinin Azərbaycana qaytarılması ilə bağlı Ermənistan hakimiyyətini tənqid edən belə sərt bəyanatlar verməyib.

Ermənilər isə öldürdükləri Həsən Həsənovu Qarabağda basdırıblar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar