"CAMAATIN DƏRDİ VAR, ONLARA QULAQ ASMAQ LAZIMDIR" - Məşhur pianoçudan Xanlarovaya sərt cavab + VİDEO

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru Fərhad Bədəlbəyli Xalq artisti Zeynəb Xanlarovanın prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilə görüşü zamanı çıxışına sərt münasibət bildirib.

 "AzPolitika.info"nun məlumatına görə, buna səbəb Zeynəb Xanlarovanın görüşün axarını dəyişmək niyyəti olub.

Qeyd edək ki,  səmimi şəraitdə keçən görüşdə yaradıcı şəxslərin öz problemlərini açıqlaması  Zeynəb Xanlarovanı nədənsə narahat edib. O, tanınmış mədəniyyət və incəsənət xadimlərinin təmsil olunduqları cameəni, həmçinin bütövlükdə cəmiyyəti narahat edən problemləri qabartmasına qarşı çıxıb. Bu görüşdə də hamını "hər şey əladır", "heç bir probem yoxdur", "sürətlə inkişaf edirik" və sair bu kimi çıxışlar etməyə çağırıb. Dolaysıyla Prezidentin səmimi şəkildə yaradıcı insanların dərdini dinləmək üçün keçirdiyi görüşü də qeyri-səmimi, ənənəvi bir toplantıya çevirməyə cəhd edib.

Ancaq Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, məşhur pianoçu Fərhad Bədəlbəyli əsl ziyalı mövqeyi ortaya qoyaraq,  Zeynəb Xanlarovanın bu niyyətinin kerçəkləşməsinin qarşısını alıb.

Məşhur pianoçu müğənninin "Görürəm ki, bəzi çıxışlar xahişlərdən ibarətdir. Xahiş edirəm, xahişlərinizi saxlayın, Azərbaycanımızın gözəlliyindən danışın” – deməsinə mədəni, ancaq kifatət qədər də sərt  reaksiya verib:

"Bu görüşə görə dərin minnətdarlığımı bildirmək istərdim. Burada əyləşənlərin hamısı, bütün yaradıcılıq ittifaqları sizi bir il bundan qabaq filarmoniyada dəstəkləyiblər. Mən bacım Zeynəblə razı ola bilmərəm. Nəyə görə, Zeynəb? Firəngiz xanım da ( Xalq artisti Firəngiz Əlizadə), Anar da (Xalq yazıçısı Anar Rzayev) böyük ittifaqların sədrləridir.

Onların min dərdi var. Onlar özləri üçün heç bir şey xahiş etmirlər. Camaatın dərdi var, onlara qulaq asmaq lazımdır. Ona görə də 90 illiyini qeyd edən bəstəkarımız 1991-ci ildə Abxaziyadan lüt gəldi.

Mən onu işə qəbul etdim. Bütün ailə Azərbaycan üçün işləyir. Ona görə mən Firəngiz xanımı alqışlayıram və dəstəkləyirəm.”

Başa düşən üçün çox sərt və yerində verilmiş cavab idi.  

Elman

AzPolitika.info

635x100

Şərhlər

Azərbaycan vətəndaşı 2019-03-02 15:20:05

Məni qınamayın bu millət hələ də ayılmayıb.Kimin-kim olduğunu ayırd edə bilmir.

AMİN 2019-03-02 15:20:05

t.ədalətə-Allahın olsun!Zeynəb xanım 20 Yanvar faciəsindən sonra bir il səhnəyə çıxmadı.

Telman 2019-03-02 15:20:05

Zeynəb Azərbaycan musiqisinə ancaq ziyan vurub.(Sovet dövründə)Onun Azərbaycan musiqisinə heç bir aidiyyatı yoxdur.Uç cümləni ardıcıl yazmağı bacarmayan insan ancaq bu hakimiyyət dovrundə ,,Yapıdad.,, ola bilər.

Huşsuz 2019-03-02 15:20:05

Burda mənim yadıma 1977-ci ilin avqust ayında zeynəb xanlarovanın leninakan şəhərinin "Şirak" stadionunda xalq artisti olduğu millətə verdiyi geniş konsert düşür...Ah keçən günlər!

Huşsuz 2019-03-02 15:20:05

Huşsus ki,huşsuz! 1977-ci ildə yox, 1976-cı ildə.

S.Ənvərqızı 2019-03-02 15:20:05

Zeynəb xanım üçün hər şey qaydasındadır...Yüksək əmək haqqısı,yüksək pensiyası və pul gətirən obyektləri? Belə deputatalar və məmurlar cənab Prezidentimizi xalqa yaxınlaşmağa imkan verməyirlər,çünki onların əməllərindən cənab prezidentimizin xəbəri ola bilər ? MM belə deputatlardan təmizlənməli,xalqını qəlbən sevən vətənpərvər deputatlar seçilməlidirər.. Uzun müddət ailəmə qarşı olan haqsızlıqarla əlaqədar PA,MM,NK və NRYTN-nə müraciət etməyimə baxmayaraq, qanunun aliliyinə riayət edən məmurla üzləşmədim...

dadaşyev 2019-03-02 15:20:05

dadaşyev-e yazana.Aqibətin xeyir,əziz dost.Məni unutmadığın üçün çox sağol.Darıxmışdım bu sevimli sayt üçün.Sadəcə başım qarışıqdı.

fikrət 2019-03-02 15:20:05

Zeynəb zeynəb olsaydi qardaşi həpsxanaya düşməzdi

Roma 2019-03-02 15:20:05

Uzun illər öncə möhtərəm Zeynəb xanım ürəkdən oxuyardı: nune-nune-nune-nune heyyyyy..... Nə bilsin ki məkrli düşmən ayağımızın altını qazır. Ancaq bu mənfur millətin 1-2 nümayəndəsini göstərin görək bizi hansısa bir formada tərənnüm edibmi. Yəni yarınmaq deyəsən əvvəlcədən bizim millətin alnna yazılıb və bu sahədə də bəziləri xüsusi olaraq fərqləniblər.

Dadasev-e 2019-03-02 15:20:05

Gun aydin kohne dost!

Cəmşid Dərələyəzli 2019-03-02 15:20:05

Fərhad bəyə əhsən. Yəqin ki, dəvəti hazırlayanlar əvvəldən biılsə idilər ki, Fərhad müəllim belə danışacaq, onu da Rasim müəllim kimi siyahı dışı edərdilər. Qaldı Zeynəb xanıma, bu yaşa çatıb hələ də ona çatmayıb ki, bütün sahələrdə məhz həqiqətlər açar zəfər yollarını.Əslində Zeynəb xanım anlamalı idi ki, Cənab Prezident onları narahat edən məsələlər üçün orada idi.

Zaur 2019-03-02 15:20:05

t.ədalət siz yəqin Zeynəbin 1978 ci ildə ermənistanın xalq artisti adını aldığını da bilirsiz.

t.ədalət 2019-03-02 15:20:05

Zeynəb Xanlarova həmişə ermənilərə yaxın olub.Sovetlər dövründə ermənilər dövlət bankını yarıb xeyli pul oğurlamışdılar.Talanmış bankın yenidən pulla doldurulması üçün Zeynəb ermənistana gedib həftələrlə kopnsertlər verdi.Dağlıq Qarabağ və Xocalıda ermənilər tərəfindən törədilən qətliamlar zamanı istifadə olunan silahların müəyyən hissəsi,şübhəsiz bankdan oğurlanmış pullar hesabına əldə olunmuşdu..

elmira qurbanova 2019-03-02 15:20:05

ZEYNEBDEN SIZE BACI OLMAZ,O HADI RECEBLININ BACISIDIR

dadaşyev 2019-03-02 15:20:05

Problemlərin şişməsinin birtək səbəbi var və bu görüş göstərdi ki,mektubları cənab prezidentimizdən illərlə gizləməklə "Bağdadda sakitlikdir" ab-havası yaratmaq mümkün deyil.Şimal-qərb zonasəndakı 5 rayonun-Balakən,Qax,Zakatala,Şəki,Oğuz rayonunun camaatı illərdir boşuna demirlər ki,o zonadan olan deputat Aqiyə xanım məktublar şöbəsində xalqla prezident arasında inciklik yaradan bu yaramazlığı aradan qaldırmağa yardımçı olsun.Necə olsa da qohumu o şöbədə məsul vəzifədədir.

azad 2019-03-02 15:20:05

düz deyirsən. Sənin milyonların var. Sənin ac millət heç vecinə də deyil. Siz deyidinizmi gərək ki siz idiniz dediniz ki Ayaz prezident olmasa oxumuyacam. Oxudunuz da hələ üstəlik deputat da təyin olundunuz. O kişiyə bax halaqldır bir təhər də olsa deyir insanların problemləri, dərdi var. Çünki insanlıq onun qanındadır.

kamil əliyev 2019-03-02 15:20:05

Sağ olun Fərhad müəllim ,əsl kisilik vətəndas və məmur mövqeyinizə görə.

buzlaq 2019-03-02 15:20:05

Amma əfsuslar olsun Ermənistan SSR xalq artisti bunu düçmür və düçməyəcək də.

Veteran 2019-03-02 15:20:05

"QAZ" 24 "Volqa"nin her rayonun 1-ci katibinde bele olmadigi bir dovrden gore-gore uzuberi gelirsen. Senin elbette hec neye ehtiyacin yoxdur, ona gore de bu cur "tost" deyirdin bawqalarina da bunu teklif edirdin!

seda 2019-03-02 15:20:05

zeynebin qardawi balaLAri vosmoyda ne gunde yawayiblar...hec onlara el tutmuyub milletcun ynacaq,I...

Son yazılar