Elçibəyin oğlu qəzəbləndi: “Mənim işlə təmin olunmağımı kim yazıb?”
Baxiş sayı:
Dərc olunub:
22/08/2014 - 11:50
“Mənim Fövqəladə Hallar Nazirliyində işlə təmin olunmağımı kim yazıb?”
Bunu Modern.az-a açıqlamasında mərhum prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev deyib.
Onu təbrik edəndə isə “Bunu hansı saytlar yazıb? Siz nə danışırsınız?” - deyə əsəbi cavab verib. “Yeni işinizə nə vaxt başlayacaqsınız” sualına isə “ümumiyyətlə, heç nə danışmaq istəmirəm. Sağ olun!” – deyərək telefonunu söndürüb.
Qeyd edək ki, Milli Azadlıq Hərəkatının lideri, mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyevə FHN-də iş verilməsi ilə bağlı xəbərlər yayılıb.
Ərturqut Əliyevin dayısı Mirmöhsün Mahmudov isə saytlara açıqlamasında xəbəri təsdiqləyərək əlavə edib ki, Ərturqut FHN-də kurs keçir və 3 aydan sonra işlə təmin olunacağı gözlənilir.
Şərhlər
Hər hansısa bir şərh yazılmayıb.