Elmar Məmmədyarov İraq Respublikasına səfərə dəvət olunub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 46-ci sessiyasında iştirakı çərçivəsində İraqın xarici işlər nazirinin müavini Hazim Al-Yusifi ilə görüşüb.

“Report” xəbər verir ki, İraq Respublikasının xarici işlər naziri Mohamed Ali Alhakimin səmimi salamlarını çatdıran Hazim Al-Yusifi Azərbaycan ilə İraq arasında olan münasibətlərin yüksələn xətt üzrə inkişaf etməsindən məmnunluq hissi keçirtdiyini vurğulayıb.

İraqlı nazir müavini Azərbaycanda mühüm inkişafın müşahidə olunduğunu, təhlükəsizliyin və sabitliyin yüksək səviyyədə təmin olunduğunu, eləcə də mühüm infrastruktur layihələrinin həyata keçirildiyini diqqətə çatdırıb. Daha sonra Hazim Al-Yusifi tərəflər arasında səfərlər mübadiləsinin vacibliyini qeyd edərək, Nazir Elmar Məmmədyarovu İraq Respublikasına səfərə dəvət etdi.

İki ölkə xalqlar arasında tarixi dostluq əlaqələrinin mövcud olduğunu bildirən Nazir Elmar Məmmədyarov bir sıra sahələrdə, xüsusilə turizm və təhsil sahələrində əməkdaşlığın inkişafında nailiyyətlərin əldə olunduğunu xüsusilə qeyd edib.

Görüşdə tərəflər arasında ikitərəfli əməkdaşlıq perspektivləri, habelə regional məsələlər müzakirə olunub.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar