“SİZİ YALTAQLANMAĞA ÇAĞIRMAMIŞDILAR...” - "Deyirəm, Zeynəb, sənin nəyin çatmırdı?!"

Xalq Artisti Flora Kərimova Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın martın 1-də mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşünə münasibət bildirib və özünün də mədəniyyət sahəsində bir sıra iradlarının, arzularının olduğunu qeyd edib. Xalq artisti incəsənətin, mədəniyyətin problemlərinin həmin tədbirdə səsləndirilmədiyindən gileylənib:

“Bilirsiz, bu elə bir məkan idi ki, bu məkanda insanları xahiş etməyə yığmamışdılar. Buraya sənət adamlarını onların və incəsənətin, mədəniyyətin problemlərini söyləmələri üçün yığmışdılar. Ancaq mən bu sahədə gözlədiklərimi eşitmədim. Ümumi xahişlər oldu amma onu da ehtiyat edə-edə soruşdular. Sizi oraya çağırdılar ki, ürəyinizi açasınız, ağrılarınızı deyəsiniz. Sizi ora, üzr istəyirəm, yaltaqlanmağa, qorxmağa yox, problemləri bölüşməyə çağırmışdılar.

Orada deyilməli çox söz var idi və eşitməyə hazır idilər. Ancaq təəssüflər olsun ki, bu qorxu hər sahədə bizim millətimizin canından çıxmır ki, çıxmır. Millət qəhrəman görmək istəyir, amma sözdə yox, əməldə. Əməl orada idi. Deyəydiniz. Bunu gözləyirdilər. Bunu eləmədiz. Deyənlər də qorxa-qorxa deyirdilər, niyə? Kim sizi vadar edir qorxmağa? Getmisinizsə deməli sözünüzü deməlisiniz. Bax bəlkə də ona görə məni çağırmadılar. Abu-havanın pozulmağını istəmədilər bəlkə də.

Üzeyir Hacıbəyov Şövkət Məmmədovanı İtaliyaya göndərəndə deyirdi ki, get oxumağı, mədəniyyəti, davranışı, sadəliyi öyrən, gəl burada millətinə nümunə ol. İndi nə oldu bəs? Kim haranı istədi açdı, kim nə istədi dedi və düşdük bu günə. Bununla da sənətimiz yuvarlandı-yuvarlandı gəldi düşdü bu hala. Bir erməni mahnımızı oxuyanda haray-həşir də salmağa artıq bizim dilimiz də yoxdur. Söz deməyə də dilimiz yoxdur. Çünki, bu qorxu oturub içimizdə. Budur məni yandıran.

Mən oraya getsəydim belə dəyişən heç nə olmayacaqdı, əksinə sabah da məni qadağan edəcəkdilər ki, bəsdir Flora, çox danışdın. Bu qadağaya, qorxuya ehtiyac varmı? Düz sözümə görə məni ekrandan uzaqlaşdırmağa lüzum varmı? Heydər Əliyev eşidirdi ki, məni ekrandan çıxardırlar, deyirdi olmaz, qaytarırdı.

Axı bu ümumi siyasət deyil, bu musiqi siyasətidi. Heç olmasa burada özünüzə kişilik tapın, qorxmadan sözünüzü deyin. Onu da eləmədilər.

Mənim xoşum gəlmir inanmadığım bir insan “vətən” deyəndə. O saat düşünürəm ki, nəyisə çatmır. Olmazmı sən bu vətəni vətən üçün sevəsən? Olmazmı bu vətəni musiqisi, keçmişi, ağrısı, qanaxan yaraları üçün sevəsən? Gərək cibin üçün sevəsən bu yazıq vətəni?

Yalan deyənin axırı olmur. Qazancı da, yalanlarla qazandıqları da burnundan tökülür. Çünki millət nifrətlə cavab verir o insanlara. Elə tərifləməlisən ki, sənə inansınlar. Deyirəm, Zeynəb, sənin nəyin çatmırdı, ya o birilər?! Çoxlarını tanıyıram oradakı insanların”.

Yeniavaz.com

635x100

Şərhlər

Ələmdar 2019-03-03 00:05:24

Flora xanım sənin qadan-bəlan, azar-bezarın getsin o yaltaqların canına.

S.Ənvərqızı 2019-03-03 00:05:24

Uzun müddətdir ki, məmur özbaşnalığından PA,NK,MM-ə və Rabitə Nazirliyinə saysız-hesabsız müraciətlər etməyimə baxmayaraq,qanunun aliliyinə riayət edən məmurla üzləşmədim...? Vətəndaşın müraciətinə baxıması üçün nəzarət gücləndirilməli və nəzarətə götürülməlidir... Vətəndaşın müraciətlərinə baxılmaması halları sosial narazılıqları artırır,məmur özbaşnalığına şərait yaradılır............?

Hafiz 2019-03-03 00:05:24

P.S. -Hər deyilən sözə, cümləyə fikir vermək lazımdır. Z.X. öz nüfuzunu xalqın qarşısında heçə endirdi.

Obyektiv 2019-03-03 00:05:24

Bir vaxtlar MM-de muellimlerin, hekimlerin maashlarinin qaldirilmasini, plyahLardan qanunsuz-naxaL cheperlerin sokulmesi ve s. kimi aktual meseleleri qaldiran Zeyneb x. niye birden bele deyishdi axi?! (( InsanLar gozleyir ki, gelib tezeden haqqLi meseleleri mudafie etsin, musbet islahatlara oz desteyini versin bu terefden peyde olub bele eksine danishasan?! Nece yani, "xahishLerinizi saxlayin.." onsuz da iLLerle (azgin memurlar ucbatindan) chatdiriLmayan elementerni sozLerini de demesinLer?! )

Dr.AGAOGLU 2019-03-03 00:05:24

Onlar qlobal problemlemləri deyə bilməzlər.Axı onlar qadağalı mühitdə böyüyüb formalaşıblar,daxilən və ruhən azad insanlar deyillər.Hər biri öz sənətinin uğur qazanmış insanlarıdırlar,lakin AZAD genlərə malik deyillər,çıxışları qabaqcadan hazırlanıb,yazılıb əzbərlədilmiş insanlardırlar.Bu bir pokazatelni toplantı idi,yaxşı olardıkı orada onların sənət uğrlarından danışılardı.Onları sovetlər dövrünə qaytarıb zarıdıb sındırmaq lazım deyildi.Axı problemlərlə bağlı böyük bir mütəxəssis ordusu maaş alıb işləyir.

Müfəttiş 2019-03-03 00:05:24

Ziya heç olmasa depodan çıxmışdı, elektrovozla, teplovozun fərqini bilməmiş olmazdı.İndi aratla, dəmyənin fərqini bilməyənlərə aqrar bölmənin idarəetməsini həvalə edirlər. Bəlkə belə deyil?....

Ziyalıya 2019-03-03 00:05:24

Flora səni kimi.... ziyalılardan, Zeynəb kimi "artist"lərdən qat-qat təmizdir.

fikrət 2019-03-03 00:05:24

Azpolitika necə yazmişam elədə verin sayta mə ordahecbir problem ğörmədim cixişdan hər kəsin elə bil hərşey yaxşidi zeynəb xanlarova ... özüdə super

dadaşyev 2019-03-03 00:05:24

davamı.Məktub cıranlar böyük risq etdiklərini bilirlər,amma reqiona görə ayda 35000-50000 arası dollar üçün tərləməyə dəyər.Amma vətəndaşların şıkayət məktublarını cırmaq kuratorların kreslolara qaynaqladığı tirboyun fironların rahat çalıb-çapa bilməsi üçün görünə bilər,əslində isə bu Azərbaycanda stabilliyi pozmaq üçün düşünülmüş çox hiyləgər təxribatdır.Yəni kuratorlar şahı Ziya boşuna arzuolunmaz olmadı.Öncə Qubada bu üsul partladı,ardınca İsmayıllıda və Gəncədə.Depo naçalnikindən də belə nazir olar yəni

dadaşyev 2019-03-03 00:05:24

Respublikamız Çin böyüklükdədir deyə idarə olunmaq üçün yetim malı yeyərək milyarder olanların qeyri-rəsmi reqional təsir zonalarına bölünüb.Hər reqiona o pünhani kuratorların təqdimatıyla başçı seçilir və o başçılardan yazılan şikayətlərin cənab prezidentimizə çatdırılmaması o başçılardan əvvəl o kuratorların marağındadır.Şimal rayonlarına başçı təyin edən Ziyadan qalma üsuldur bu və bu görüş göstərdi ki artıq sənət aləminə də yeridilib ki,heç kim şikayət yazmasın.(davamı var)

Sus 2019-03-03 00:05:24

Flora xanım mən Sizi ağılli adam sayırdım.Heç orada "ziyalılıqdan" əsər əlamət var idi ki? Hamısı klan ziyalısı idi.Saray məddahları idi.

Yengibar 2019-03-03 00:05:24

Bu gün öz dərdləri ilə mitinqə çıxan insanları və ya onların təmsilçilərini bu şəkildə qəbul edib dərdlərini dinləmək, həll etmək, insanlara Dövlət dəstəyini göstərmək çox əhəmiyyətlidir. Ayda 2-3 belə görüş keçirib ayrı ayrı sahələrin adamlarını dinləmək ümumi problemlərin həllinə xeyli kömək edər.Hətta və hətta bu görüşləri bu gün hakimiyyətin müxalifət saydığı(geydirmələr xaric) partiya və birliklərlə keçirmək lazımdır. Əli Kərimli, İlqar Məmmədovu da dinləmək lazımdır.Əminəm ki, nəticəsi faydalı olar.

ziyali 2019-03-03 00:05:24

Gorushler kechirilir vay,camaatin derdi dinlenilir ve problemleri hisse-hisse hell olunur yene vay.Ay Flora hech bilmirsen neye ilishesen.Ilhameden qurtardin indi de dushmusen Zeynebin ustune,Guya ozun aydan ari,sudan durusan.

Genc Molla 2019-03-03 00:05:24

Flora xanım,Sizi ağıllı adam bilirdim.Ancaq İndiki komandanı H.Əliyevlə müqayisəniz doğru deyil.Hər şeydən öncə H.Əliyev siyasətçi idi.DİN-nin edə bilməyəcəyini bir sözüylə edirdi.Bütün mitinqləri əvvəlindən sonuna qədər izləyirmiş.Gündəlik bütün mətbuatı izləyirmiş.

Roman 2019-03-03 00:05:24

Supurgecileri yigin....5 ilde en cox itgi veren sahedir.Sheher gozelliyini onlara borcludur.

Azər 2019-03-03 00:05:24

Adə peşə adamlarinin fəhlələrin də çoxlu sayda problemləri var.sənət adamlarına onsuz da butun növ güzəşlər kifayət qədər edilb və edilir.ona qalsa müəllımlərin.poçtalyonların.digər sadəpeşəsahiblərinin daha çox həll edilməmış problemləri var

Qoca Molla 2019-03-03 00:05:24

Flora xanım istənilən qorxu bürokratiyadan doğur, inanmırsızsa Kafkanın Qəsr povestini oxuyun. Bizdəki qorxu isə ümumiyyətlə sovetdən qalma rudiment idarəetmənin bir hissəsidir. Zaman keçdikcə Asan xidmətlər çoxaldıqca, islahatlar aparıldıqca Qorxu buludları da çəkiləcək. Çəkildikcə də qoca məddahları bu buludlar öz leysanlarında yuyub tarixin zibilliyinə qərq edəcəklər. Əvvəl əvvəl ildırımlar olacaq, təlatümlər müşahidə ediləcək, amma zaman zaman hər daş öz yerini taparaq qəsrləri gülüstana çevirəcək

azeri 2019-03-03 00:05:24

Bu seckigabagi shoudan bashga bir shey deyil.Ehali hakimiyyet terefinden aldadilir.Ogurlugun,talanciligin yeni usullari meydana gelir.Hec kim bu ishlerle meshgul olmur.Az.Politikanin yazilari bashga olkelerde tam bashga cur gebul olunardi.Ele Gurcustanda.Bir deputatin gorun neleri var.Hec bir memur ganuna riayet etmir.Muxalifetden bashga dushmen yox,ehalinin ganuni huguglarini fermanlarla bashina gaxib xal gazanirlar.

miri 2019-03-03 00:05:24

Flora xanım, Sizin ağrılar başa düşüləndir.Amma məmləkətin indiki mədəniyyət -incəsənət durumunun "dilmanc"lari beləcə də olmalıdır.Bu bütün sahələrdə belədir. Çünki sistem bir sahə üzrə yox, bütün sahələr üzrə eyni vəziyyətdədir. Allah bizə hidayət versin və yar olsun. İNŞƏALLAH.

Arif 2019-03-03 00:05:24

Ora yığmqda bəzilərinin məqsədi incəsənət işçilərinin məddahlığı, onların yaltaq xüsusiyyətlərini nümayiş etdirərək kimlərisə sevindirmək olub.Flora xanım elə başa düşüb ki, problemləri həll etmək təklifləri verəcəklər.Uzun illərdir millətə yeridilən siyasəti anlamaq lazımdır. Şəxsiyyət xırdalanıb,Fiora xanım!

Mirzə AĞ 2019-03-03 00:05:24

Flora xanım haqlıdır! Yalan-palanla uzağa getmək olmaz, ay yaltaqlar! Elə bilirsinz ki, Prezident sizlərə inandı? Əsla!

EJDER 2019-03-03 00:05:24

HESAB EDIREM KI, ONLARIN COXUSU ....NKONI QOXUMLARIDI,LUKAWENKO CANI

FM 2019-03-03 00:05:24

Düz deyir

Son yazılar