“Bu problemlərin başlıca səbəbi məmurlardır” - Afaq Bəşirqızı

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva ilə görüşdəki çıxışına görə sosial mediada müsbət sözlərlə qarşılanan xalq artisti Afaq Bəşirqızı açıqlama yayıb.

“Yeni Sabah” xəbər verir ki, bu haqda aktrisa sosial şəbəkədə yazıb: “Əzizlərim, çox sağ olun. Ürək sözləriniz və verdiyiniz qiymət çox xoşdur. İncəsənət xadimlərindən, əyalət teatrlarından saysız-hesabsız zənglər gəlir. Mənə minnətdarlıqlarını bildirirlər. Amma bu, mənim vətəndaş borcumdur. Alın tərimlə, səhhətimi qurban vermək hesabına xalq artisti, Prezident təqaüdçüsü və sayılıb-seçilənlərdən oldum. Amma həyatım boyunca eqoist olmadım, olmayacam da.

Xalqımı, ehtiyacda olan imkansız insanları fikirləşməliyəm. Əgər dünənki mötəbər məclisdə belə bir fürsət yarandısa, mütləq çıxış etməli idim. Çox sağ olsun canım Prezidentim, Mehriban xanım, mənə qulaq asdılar. Cənab ölkə başçısı çıxışında bir neçə dəfə qaldırdığım məsələni müzakirə etdi. Allaha şükürlər olsun ki, artıq dünəndən xəbərlər alıram ki, bu təkliflərə müsbət reaksiya verilib. Bu günlərdə hamılıqla birgə bu işlərin nəticəsini bayram edəciyik. Ümumiyyətlə, hər bir insan təyin olunduğu sahədə öz işini, kreslosunu ambisiyasına görə, yaxınlarına görə istifadə etməsə, inanın bu çətinliklər yaranmaz.

64 yaşındayam və çox sahələrlə rastlaşmışam. Çox yaxşı insanlar görmüşəm və onların iş üsulları ilə tanış olmuşam. Bu problemlərin başlıca səbəbi öz yerində düzgün oturmayan məmurlardır. Məhz buna görə Cənab İlham Əliyevə dedim ki, sizin sərəncamlardan sui-istifadə edənlər var. Amma bu cür məmurlar unutmasın ki, həyatda halal və haram deyilən amillər var. Söz verirəm ki, bundan sonra da mənə olunan hörmət xalqımın övladları üçün olacaq. “Sağ əlin elədiyini, sol əl bilməməlidir” həyat devizimdir. Məni tanıyanlar yaxşı bilir ki, nə etdiyimi və edəcəyimi heç kəsə bildirmərəm. Bir daha qeyd edirəm ki, dünənki çıxışım rəsmi yox, həqiqətən ürəyimdən gələn sözlər və qəlbimin hayqırtısı idi ”.

635x100

Şərhlər

S.Ənvərqızı 2019-03-02 21:55:50

Mən, uzun müddətdir ki,məmur özbaşnalığından PA,NK,MM və NRYTN-ə müraciət etməyimə və qəbulda(PA və NK-də) dəfələrlə olmağıma baxmayaraq qanunun alilyinə riayət edən məmurla üzləşmədim? Məmurlar bir-birlərini müdafiə edirlər,qanunun aliliyini yox, belə halar istər-istəməz sosial narazılıqları artırır. Belə acınacaqlı vəziyyət heç vaxt olmamışdır ? Qanuna nəzarət qanunu olmalı,qanuna əməl etməyən məmur cəzalandırılmalı və başqalarıda özləri üçün ibrət dərsi götürməlidir.Vətəndaşın şikayətinə əhəmiy.verməyirl

EJDER 2019-03-02 21:55:50

ELE BIZIM MEDENIYYET NAZIRIMIOZIN BU NECE ILLERDE UZUNE BAXANDA,WEXSEN MEN ANALOQU OLMAYAN HOKUMETIMIZIN ANALOQU OLYAN INKIWAFINI,DAYANIQLI VE SURRRRETTTLLII OLDUNUQUNU,QERB OLKELERININIOTUB KECDIYINI GORUREM,LUKAWENKO CANI...BRAVO,KAPITAL

vuqar 2019-03-02 21:55:50

AY AFAQ XANIM! axi bele goturende biz sade adamlarda memurlardan sikayetlenek SIZDE onda daha ne Ferqimiz oldu? SIZ uzun iller sehnede kulung calmisiz deyirsiniz gunah memurlardadi bes bu iller erzinde oz sahenizde normal bir cemiyyet yarada bilmemeyinizi dolayisiyla tesdiq etmis olursunuz Dunen bir nefer tapa bilmedinizki cixib merdi merdane problemleri desin qorxa-qorxa SANKI sizi doyecekdilər,buna medeniyyet demirler,QORXAQLIQ ve YALTAQLIQ deyirler!

Son yazılar