Ramil Şeydayev "Krılya Sovetov"un heyətində ilk qolunu vurub

Futbol üzrə Rusiya Premyer Liqasının XVIII turunda "Krılya Sovetov" klubu Moskvada "Lokomotiv"in qonağı olub.

"Report"un məlumatına görə, görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev qonaq komandanın start heyətində yer alıb və sonadək meydanda olub. Üstəlik, o, 69-cu dəqiqədə son qolu vuraraq, "Krılya Sovetov"u məğlubiyyətdən qurtarıb. Bu, 23 yaşlı forvardın Rusiya çempionatında ilk qolu olub.

Qeyd edək ki, “Krılya Sovetov” hazırda 18 xalla 13-cü pillədə qərarlaşıb.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar