Azərbaycan, Türkiyə və Gürcüstan birgə müdafiəni gücləndirəcək

"Gürcüstan, Türkiyə və Azərbaycan müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üzrə planın hazırlamasında maraqlıdırlar".

"Trend"-in məlumatına görə, bu barədə cümə günü Gürcüstanın müdafiə naziri İrakli Alasaniya "İmedi" telekanalına müsahibəsində bildirib.

Nazir deyib: "Bu üç dövlətin hökumət nümayəndələri müdafiə qabiliyyətinin möhkəmləndirilməsi üzrə planın hazırlaması üzərində düşünməyə başlayıblar".

Nazirin sözlərinə görə, bu, Avropanın və NATO-nun maraqlarına da daxildir, çünki məhz bu tranzit yol (Bakı-Tbilisi-Qars) Əfqanıstandakı alyansa yüklərin daşınması üçün istifadə olunur.

İ.Alasaniya bildirib: "Bundan əlavə, qeyd etmək lazımdır ki, bu fəaliyyət kimə qarşısa yönəlməyib".

Nazir deyib ki, Gürcüstan, Azərbaycan və Türkiyə strateji əhəmiyyətli birgə layihələr həyata keçirirlər.

Qeyd edək ki, bu günlərdə Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov, Gürcüstanın müdafiə naziri İrakli Alasaniya və Türkiyənin milli müdafiə naziri İsmət Yılmaz Naxçıvanda keçirilən görüşdə birgə hərbi təlimlərin keçirilməsi barədə razılığa gəliblər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar