TƏHLÜKƏLİ CƏNAB PUTİN – Analitika

ABŞ-ın “The American Interest” jurnalı “Təhlükəli cənab Putin” adlı maraqlı məqalə dərc edib. Məqalədə Ukrayna böhranına görə kəskinləşən Rusiya-Qərb münasibətlərindən bəhs olunur. AzPolitika.info həmin məqalənin tərcüməsini təqdim edir:

Son bir neçə ay ərzində prezident Obama və onun Qərb həmkaraları Ukrayna böhranını yoluna qoymaq üçün dəfələrlə Putinlə danışıblar. Obama və Putin bu barədə doqquz dəfə söhbət edib və iyunda isə Fransada da kiçik bir görüş keçiriblər. Bu məsələ ilə əlaqədar Almaniya kansleri Angela Merkel Putinlə 40 dəfə telefon söhbəti aparıb. Onlar həmçinin Braziliyada Futbol üzrə dünya çempionatında da görüşmüşdülər.

Deməli,tamamilə aydın olur ki, ümumiyyətlə problem heç də Putinlə dialoqun və ünsiyyətin qurula bilinməməsində deyil.

Problem Kreml liderinin özü ilə bağlıdır. Çünki o, qonşu ölkələrdəki vəziyyəti destablizasiya etməyə çalışır və onların demokratiya yolu ilə Qərbə yaxınlaşmasının qarşısını almağa cəhd göstərir və eyni zamanda da öz ölkəsində repressiv metodlar həyata keçirir.

Əgər Ukrayna, Gürcüstan və Moldoviya həmin istiqamətdə müvəffəqiyyət əldə edərsə, bu, Putinin rəhbərliyi altındakı başdan ayağadək korrupsiyaya bulaşmış avtoritar rejimə qarşı böyük zərbə olacaq. Elə ona görə də o, Ukraynanın Avropa Birliyi ilə müqavilə imzalaması planına mane oldu və Yanukoiç ölkədən qaçan kimi Ukraynaya soxuldu.

Korrupsiyaya son qoymağa çağıran və yaxşı işıqlı həyat üçün Avropaya üz tutmaq istəyən xalqların öz avtoritar rəhbərlərini necə hakimiyyətdən uzaqlaşdırması hadisələri Putini bərk qorxudur. Putinin populyarlıq reytinqi rekord səviyyədə yüksəkdir və belə düşünmək olar ki, o hakimiyyət postunda özünü tam inamlı hiss edir. Ancaq onun populyarlığı artmır.

Rusiya iqtisadiyyatı Qərbin Ukrayna hadisələrinə görə tətbiq etdiyi sanksiyalardan öncə də bərbad vəziyyətdə idi. Rusiyadakı sistem mütləq formada korrupsiyaya uğrayıb və hesablamalara görə Putinin şəxsi var-dövləti bir neçə on millyard dollarla ölçülür. Əgər rusiyalıların həyat səviyyəsi aşağı düşərsə və Qərbin sanksiyalarına cavab kimi xaricdən gətirilən ərzağa qoyulmuş qadağa nəticəsində piştaxtalar boşalarsa Putinin ictimai müdafiəsi azalmağa başlayacaq.

Demək olar ki, on ildən artıqdır ki, Putin Qərbin və əsasən də Amerikanın Rusiya üçün necə böyük təhlükə olması barəsindəki əfsanəni ölkə vətəndaşlarına peyvənd etməklə məşğuldur. O, Qərbdən qorunmaq adı altında ictimai nəzarəti gücləndirmək və öz represiyalarına haqq qazandırmaq üçün belə bir siyasət yürüdür. Bu üsul həm də insanların fikrini daxili problemlərdən yayındırmaq məqsədi daşıyır.

2007-ci ilin fevralında Münhendə keçirilən təhlükəsizlik məsələləri üzrə konfransdakı döyüşkən çıxışında Putin deyirdi: “Biz bu gün beynəlxalq məsələlərdə heç kim tərəfindən durdurulmayan nəhəng qüvvənin tətbiqinə və dünyanı uçuruma sürükləyən bir-birinin ardınca gələn münaqişələrdəki hərbi gücə şahidlik edirik. Az qala bir dövlət sisteminin ən əvvəl əlbətdə ki, ABŞ-ın haqqı, bütün sferalarda –həm iqtisadiyyatda, həm siyasətdə və həm də humanitar sahədə öz milli sərhədlərini aşaraq digər ölkələrə sırınmaq istənilir. Bu kimin xoşuna gələr ki?”

Rusiyanın 2010-cu ildə qəbul etdiyi hərbi doktrinada deyilir ki, Rusiya üçün təhlükə NATO-nun genişlənməsi və Rusiya sərhədlərinə yaxın ərazilərdəki hərbi infrastrukturların olmasıdır. Amma həqiqət ondan ibarətdir ki, Rusiya Federasiyası sərhəddinin ən təhlükəsiz və stabil hissəsi məhz NATO və Avropa Birliyi üzvləri olan Estoniya, Latviya, Litva, Polşa, Norveç və Finlandiya ilədir. Əslində isə paronoidal Putinin özü Rusiyanın qonşuları üçün ən böyük təhlükədir.

Ümumiyyətlə Putin Ukrayna və digər qonşu ölkələrdə destabillik yaradaraq, onları Qərb üçün maraqsız və az cazibədər duruma gətirmək istəyir. Putin Ukraynada ruslara qarşı təhlükə olduğunu uyduraraq, özünün işğalına müəyyən bir əsas yaratmağa çalışır. Ancaq əsl həqiqətdə orada ruslar üçün heç bir təhlükə yoxdur. Ən mühümü isə həmin rusların heç Putinin vecinə belə olmamasıdır. Putin üçün onun vətənindəki ruslar da heç bir əhəmiyyət kəsb etmir. Onu ancaq Ukraynada xaos yaratmaq maraqlandırır.

Bir çox şərhçilərin Ukrayna böhranında “sakit kompromislərin mümükünlüyünün öyrənilməsi” çağrışı ilə Qərb rəhbərlərinə müraciəti və həmçinin rus liderinin bu məsələdəki “narahatçılığının başa düşülməsi” kimi söhbətlər mənasız və hətta məhsuldarsız bir işdir. Ona görə ki, Putin gərginliyin azalmasında maraqlı deyil.

Hakimiyyətini qorumaq naminə Putin hər şeyə və həmçinin “quraşdırılmış” humanitar müdaxilə bəhanəsi ilə Ukraynaya hücum etməyə də hazırdır.Vəziyyəti daha çox onun nəzarətdə saxladığı televiziya kanallarında aparılan təbliğat da korlayır. O, rusiyalıların daha boz-bulanıq əhval-ruhiyyəsindən istifadə edir ki, bu hətta Putinin öz nəzarətindən də çıxa bilər. Sonradan onu söndürmək də çətin olacaq.

Deməli, Putin və eləcədə Rusiyanın özü də ciddi bir təhlükə mənbəyinə çevrilir. Bu təhlükənin öhdəsindən gəlməkdən ötrü siyahıya Putinin salınması şərti ilə daha sərt sanksiyalar tətbiq olunmalı və Ukraynaya özünü qorumaq üçün hərbi yardım göstərilməlidir. Bizə Putinlə hər hansı bir yeni kompromis axtarmaq lazım deyil.

Tərcümə etdi: Vaqif Nəsibov

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar