Kürdlər Suriyanın adını dəyişdirmək istəyirlər 

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, «Suriya demokratik şurası» və onunla bağlı olan «Suriya demokratik qüvvələri» Suriyanın konstitusiyasını dəyişdirməyə çağırırlar.

Suriya konstitusiya komitəsinin işinin gedişində onlar ölkənin adının «milli mənsubiyyət»i xatırlatmayan ada dəyişdirmək məsələsini qaldırmaq niyyətindədirlər.

Kürdlərin nümayəndəsinin sözlərinə görə, Suriya Ərəb Respublikasının (SƏR) adı «Suriya respublikası»na dəyişdirilməlidir.

Ərbildə keçirilən «Yaxın Şərqdə suverenlik və təhlükəsizlik» konfransında kürdlər həm də Suriyada demokratik və desentralizasiya olunmuş sistemin yaradılmasına çağırırlar.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar