Prezidentin qızının səs yazısı: “Mənimlə itdən betər davranırlar...”

Özbəkistan prezidentinin qızı, ötən ilin payızından atasının qəzəbinə tuş gələn və bu ilin fevralından etibarən Daşkənddə ev dustağı edilən Gülnarə Kərimovanın səs və video yazısı BBC yayım korporasiyasına ötürülüb.

Virtualaz.org saytı xəbər verir ki, BBC hələlik audio və videoyazını yaymayıb, ancaq onun qısa məzmununu çatdırıb.

Orada G.Kərimova bildirir ki, onu və yeniyetmə qızı İmanı ağır şərtlər altında, bağlı qapılar arxasında saxlayırlar: “Bizi evdə saxlayırlar. Biz çölə bir addım da ata bilmərik. Bizi itdən betər şəraitdə saxlayırlar. Onlar mənim barmağımı sındırmaq istədilər, mənəvi təzyiq göstərirlər, evimizi tamamilə işğal ediblər”.

İngilis dilində danışan Gülnarə Kərimova deyir: “Biz heç kimdən tutarlı cavab ala bilmirik ki, niyə ev dustağı olmuşuq, sanki həbsxanadayıq. Öyrənə bilmirik ki, mənim qızım başqaları ilə ünsiyyətdən nəyə görə məhrum olub, 15 yaşında şagird məktəbə gedə bilmir, dostları ilə ünsiyyət saxlaya bilmir. Mən indi özüm haqda danışmıram. Bizim tibbi yardıma ehtiyacımız var”.

G.Kərimova atasının mühafizə xidmətinin əməkdaşlarının nəzarətində saxlanılır və ona telefonla danışmaq, internetə girmək, yaxınları ilə ünsiyyət saxlamaq qadağan olunub.

BBC bildirir ki, bu qış çəkildiyi güman edilən aşağı keyfiyyətli videoda Gülnarəni qızı və oğlu İslamla birlikdə görmək olur. Onların yanında mülki və hərbi geyimli şəxslər var. Hərbi geyimlilərdən bəziləri silahlıdır və kiminsə onlara “silahı yığışdır!” dediyini eşitmək olur. BBC ehtimal edir ki, kadrlar Gülnarənin mühafizəçilərlə birlikdə atasının Durmen iqamətgahına daxil olmağa cəhd edərkən çəkilib.

Həmçinin Gülnarənin “Ata, ata! Mən istənilən halda keçəcəyəm!” deyə qışqırdığı eşidilir. Kadrların nə vaxt çəkildiyi dəqiq müəyyən edilməsə də Gülnarə və onu müşayiət edənlərin əllərində gül buketləri tutduqları görünür.

Bundan əvvəl Gülnarənin Londonda oxuyan oğlu İslam “Ren TV” kanalına müsahibəsində demişdi ki, ötən qış onu babasının ad gününə buraxmayıblar və qapıdan qovublar. Bu baxımdan ehtimal edilir ki, kadrlar bu il yanvarın sonunda - prezident İslam Kərimovun 76 yaşında çəkilə bilər.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar