“Coca-Cola” məhsullarının mağazalardan yığışdırılmasını təsdiqlədi

“Şirkət olaraq bəzi mağazalardan məhsullarımızın bizə məlum olmayan səbəblərdən çıxarılmasını təsdiq edirik”. Bunu Modern.az-a açıqlamasında “Azerbaijan Coca-Cola Bottlers” (ACCB) şirkətinin korporativ əlaqələr üzrə direktor Demokan Konyalıgil bildirib.

Onun sözlərinə görə, son zamanlar məhsulların mağazalarda satışının azalması ilə bağlı xəbərlərlə tanış olublar:

““Coca-Cola” son zamanlar mətbuatda bəzi mağazalarda məhsullarının yoxluğu ilə bağlı yaranan xəbərlərlə tanış olmuşuq. Bu istehlakçılarımızın narahatlığına səbəb olub. Bu halları araşdırıb həll etmək üçün müvafiq dövlət qurumlarına müraciət edəcəyik”.

635x100

Şərhlər

Hər hansısa bir şərh yazılmayıb.

Son yazılar