DEPUTATDAN ABUTALIBOVA İTTİHAM - "Obyektlərimizin hamısını sökdürdü..."

"Satış yerlərimizi Bakı Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Hacıbala Abutalıbov sökdürdüyünə görə özümüz satış yarmarkası təşkil edə bilmirik”.  "Report”un verdiyi xəbərə görə, bu şok açıqlama ilə "Azərittifaq”ın sədri, deputat Eldar Quliyev çıxış edib.

O, rəhbərlik etdiyi ittifaqın fəaliyyəti ilə bağlı sualları cavablandırarkən, baş nazirin müavini barədə bu ittihamı səsləndirib.

Deputat deyib ki, "Azərittifaq” sovet dövründə, demək olar, özəl sektor kimi respublikanın bütün rayonlarında əhaliyə ticarət və iaşə xidmətini göstərirdi: "Kolxoz bazarları "Azərittifaq”ın nəzdində idi, tədarük sahələrimiz vardı, şəhərlərdə kənd təsərrüfatı məhsullarının satışını təşkil edirdik. Lakin hazırda fəaliyyət istiqaməti bir qədər fərqlidir. Bütün rayonlarda təşkilatımız var və onlar, əsasən, icarə qaydasında işləyir, koordinasiyanı isə biz edirik.

Bizim onlara məhsul verməyimiz səmərəli deyil. Çünki həm biz, həm də yerli təşkilat xərcləri məhsula əlavə edərsə, satış qiymətləri baha olacaq. Hazırda bazarda rəqabət var, əsas prinsip keyfiyyətli və ucuz məhsul əldə etməkdir. Təhsil sahəsində isə Azərbaycan Kooperasiya Universiteti və kollektivi fəaliyyət göstərir”.

E.Quliyev bildirib ki, təklif olunarsa, indi də satış yarmarkalarının təşkilində iştirak edə bilərlər.

635x100

Şərhlər

Rewad 2019-03-04 15:31:52

Heç kim hamı üçün yaxşı ola bilməz. Hacıbala müəllim çox yaxşı insandı. Cənab prezidentimizdə onun baş nazirin müavini kimi yüksək posta layiq görüb. O ki qaldı hörmətli deputatımızın dediklərinə onun rəhnərlik etdiyi qurumda digər lazımsız qurumlar kimi ləqv olunsa yaxşıdır. Onların 30 il əvvəl gördüyü işləri artıq görənlər var.

Vətəndaş 2019-03-04 15:31:52

Deputatın satış yarmarkası ilə nə əlaqəsi? Məgər deputat bizneslə məşğul olar? Axı qanunla bu qadağandır.Bəs o nə zaman öz işi ( deputat) ilə məşğuı olub deputat maaşı alacaq?

Genc Molla 2019-03-04 15:31:52

abutalıbov-2 Bakını elə günə salacaq ki,H Abutalıbova rəhmət oxuyassınız.

antiAbu 2019-03-04 15:31:52

Baş nazirin müavini, 75 yaşlı təqaüdçü, milyarder Hacıbala! Sən həmişə insanlara pislik etmisən. Adətən sənin kimilər çox çətin can verirlər. Əgər rahat ölmək istəyirsənsə, tutduğun vəzifədən çıx və pislik etdiyin insanlardan halallıq almağa çalış ... Ömrün boyu onun-bunun arxasında gizlənib, ona-buna daş atdın. Vəzifədən çıx , sonra get Eldar Quliyevin obyektinə yaxınlaş, gör yaxınlaşa bilərsənmi?

Son yazılar